---
PAŞA Bankdan daha bir yenilik: POS-terminallarda SİMA Pay ilə üz tanıma ödənişi
- Tarix
- Oxunma 19
PAŞA Bankdan daha bir yenilik: POS-terminallarda SİMA Pay ilə üz tanıma ödənişi

Ölkədə ilk dəfə POS-terminal üzərindən üz tanıma ilə “SİMA Pay” ödəniş qəbulu “PAŞA Bank” POS-terminallarında pilot versiyada aktivləşdirildi. Artıq müştərilər fiziki kart və nağd vəsaitə ehtiyac olmadan, yalnız üz tanıma ilə rahat şəkildə biometrik ödəniş edə bilərlər.
Hazırda xidmət pilot layihə çərçivəsində seçilmiş satış məntəqəsində tətbiq olunur. Yaxın müddətdə xidmət digər ödəniş məntəqələrində də istifadəyə veriləcək.
PAŞA Bankın POS-terminallarında bu funksionallığın tətbiqi ölkənin rəqəmsal ödəniş ekosisteminin inkişafına töhfə verməklə yanaşı, Bank tərəfindən müştəri mərkəzliliyi prinsipinə əsaslanan yeni xidmət yanaşmasının da nümunəsidir. Bu həll istifadəçi təcrübəsinin sadələşdirilməsi, ödəniş prosesinin daha rahat və əlçatan olması istiqamətində atılmış növbəti addımdır.
PAŞA Bank innovasiya, dayanıqlı inkişaf və müştəri ehtiyaclarına uyğun həllərin yaradılması istiqamətində fəaliyyətini davam etdirərək ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyur.

en
ru
tr