logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS-da müddətli əmək müqaviləsi bitdikdə niyə avtomatik uzadılmır?

  • Bloq
  • 05-dek-2022, 10:49
  • 301
ƏMAS-da müddətli əmək müqaviləsi bitdikdə niyə avtomatik uzadılmır?
İstər e-gov.az elektron informasiya sistemində, istərsə də ƏMAS platformasında müddətli əmək müqaviləsinin avtomatik uzadılmaması hər zaman həmkarlarımız arasında müzakirə olunub.
Əksər həmkarlarımız hesab edirlər ki, işçi ilə bağlanmış əmək müqaviləsinin son artırılma müddəti 3 aydırsa, proqram təminatı həmin müddət bitdikdən sonra müqavilə müddətini avtomatik artırmalıdır. Bu məsələ ilə bağlı hüquqşünas və əmək münasibətləri ekspertlərinin mövqeləri fərqlidir.
Fikrimizi misal üzərindən izah etməyə çalışaq.
Mİsal. İşəgötürən 1 mart 2022-ci il tarixdə işçi ilə 3 aylıq əmək müqaviləsi imzalayır. 1 iyun 2022-ci il tarixdən bir həftə ötsə də, əmək müqaviləsinə xitam verilmədiyi üçün müddət avtomatik 3 ay da artır. Beləliklə, son 3 aylıq artım nəzərə alınmaqla əmək müqaviləsinin müddəti 6 ay təşkil edir.
Həmkarlarımız arasında mübahisə yaradan məqam növbəti avtomatik artım zamanı artım müddətinin 3 ay (sonuncu artım dövrü), yoxsa 6 ay (müqavilənin müddəti) olması məsələsidir. Bəzi həmkarlar hesab edirlər ki, sonuncu müddət əmək müqaviləsinin ümum müddətinə daxil edildiyi üçün 6 aylıq avtomatik artım həyata keçirilməlidir. Bununla razılaşmayanlar da var. Onların fikrincə, Əmək Məcəlləsinin 73-cü maddəsində qeyd edilir ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
Bu səbəbdən də, ƏMAS platformasına məsul şəxslər Əmək Məcəlləsinin 73-cü maddəsindəki “həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” ifadəsinin konkret olmadığını, mübahisə yaratdığını əsas gətirir və Əmək Məcəlləsində dəyişiklik olacağı təqdirdə avtomatik uzadılma məsələsinə baxıla biləcəyini bildirirlər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech