logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS-da işçinin başqa vəzifəyə keçirilməsi necə həyata keçirilir?

  • Bloq
  • 06-dek-2022, 09:34
  • 122
ƏMAS-da işçinin başqa vəzifəyə keçirilməsi necə həyata keçirilir?
Bölmənin əvvəllərində ƏMAS altsistemində əmək müqaviləsinə dəyişikliklər edilməsi haqqında kifayət qədər məlumat verdik. İndi isə əmək müqaviləsinə dəyişikliklərin təcrübədə rast gəlinən halları haqqında məlumat verək.
Mİsal 1. İşəgötürən qərar verir ki, 19 sentyabr 2022-ci il tarixdən filialın kredit satışı meneceri vəzifəsində calışan işçisi marketinq üzrə mütəxəssis vəzifəsinə keçirilsin. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
Maddədən göründüyü kimi, işəgötürən işçinin razılığını alıb, əmək müqaviləsində dəyişikliklər etməklə onu başqa vəzifəyə keçirə bilər. Kredit satışı meneceri vəzifəsində çalışan işçinin marketinq üzrə mütəxəssis vəzifəsinə keçirilməsi üçün, həmin vəzifənin vakant yer olması mütləqdir.
İşəgötürən kredit satışı meneceri vəzifəsində çalışan işçinin məlumatları üzərindən “ƏM bildirişinə düzəliş et” düyməsini sixmaqla həmin işçinin əmək müqaviləsi bildirişinə daxil olur. “İş məlumatları” bölməsində işçinin cari vəzifəsinin sağındakı düymənı sıxır ki, vəzifə dəyişikliyini həyata keçirsin:

Qeyd edilən düyməni sıxdıqda vakant yerlər haqqında məlumatlar növbəti pəncərədə açılır. İşəgötürən işçinin növbəti vəzifəsini seçərək prosesə davam edir:

Şəkildə görünən seçim edildikdən sonra işçinin “İş məlumatları” üzrə vəzifə məlumatlarının da dəyişməsi baş verir:
Növbəti addım kimi “2.3.4 Dəyişikliyin qüvvəyə minmə tarixi” bölməsində dəyişikliyin qüvvədə olma tarixi 19 sentyabr 2022-ci il qeyd edilir:
Proses tam başa çatdıqdan sonra ƏMAS altsistemində tərtib olunan əmək müqaviləsində düzəlişlər aşağıdakı kimi əksini tapacaq:
Qeyd etdiyimiz kimi, əmək şəraiti ilə bağlı dəyişiklik məhz e-gov.az portalında yaradılan əmək müqaviləsində ƏMAS altsitemində düzəlişin olması səbəbindən irəli gəlir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    Ödənilməyən vəsaitə görə vergi tələb edilərsə, sahibkar nə etməlidir?
    12-sen-2025 | Bloq
  • İşçilərin attestasiya edilməsi qaydaları
    İşçilərin attestasiya edilməsi qaydaları
    12-sen-2025 | Bloq
  • Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    Təsərrüfat obyektlərinin vergi uçotuna alınması qaydaları və sanksiyalar
    11-sen-2025 | Bloq
  • Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    Daşınmaz əmlak alınarkən ödənişi nağd şəkildə etmək olarmı?
    11-sen-2025 | Bloq
  • Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    Satışdankənar gəlirlərin gəlir və mənfəət vergisinə cəlb olunması
    10-sen-2025 | Bloq
  • Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    Nağdsız hesablaşmaların məcburi tətbiqi üzrə yeni tələblər
    10-sen-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    09-sen-2025 | Bloq
  • Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    Fərdi qaydada fəaliyyət göstərən vəkil və vəkil bürosunun vergi öhdəlikləri: QAYDALAR, MƏBLƏĞLƏR
    09-sen-2025 | Bloq
  • Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    Azərbaycanda 8 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb
    08-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]