logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Necə Mühasib ola bilərəm? Mühasibat uçotu nədir?

  • Bloq
  • 06-dek-2022, 15:07
  • 419
Necə Mühasib ola bilərəm? Mühasibat uçotu nədir?
Mühasibat uçotu nədir?
Mühasibat uçotunun nə demək olduğunu öyrənmək üçün mühasibat uçotunun tərifini qısaca başa düşməliyik. Mühasibatlığa gəldikdə, qısa bir tərif ağla gəlməlidir. Beləliklə, tərifi əzbərləmək əvəzinə mühasibat uçotu nə demək olduğunu başa düşə bilərik. Mühasibat uçotunun tərifinə əsasən tədricən mühasibat uçotuna başlaya biləcəyimiz üçün "mühasibatlıq nədir" sualına cavab tapa bilərik.

Uçot anlayışı: İqtisadi fəaliyyətlərdə və hadisələrdə bütün strukturların maliyyə fəaliyyətini izləyən, təsnifləşdirən, ümumiləşdirən, hesabat verən və şərh edən məlumat bir qoludur.

Mühasibatlıq: İqtisadi fəaliyyətlə məşğul olan bütün təşkilatların maliyyə xarakterli əməliyyatlarını və hadisələrini pul ilə ifadə edilmiş şəkildə yazan , sinifləndirən , yekunlaşdıraraq hesabat edən, nəticələrini şərh edən və analiz edən bir elm sahəsidir. Bu sahə ilə məşğul olan şəxsə Mühasib deyilir.

Mühasibat uçotu - vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesаbatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.

Mühasibat uçotunun əsas məqsədi (vəzifəsi) aşağıdakılardır:

maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün formalaşdırmaq;
əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara Müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.
Mühasibat uçotunun hesablamaları mühasibatlıq proqramı olan 1C proqramı vasitəsi ilə həyata keçirilir.

1C proqramı
Proqramın quruluşu.
Hal-hazırda “1C:Müəssisə” ERP II tələblərinə tam cavab verən müəssisənin bütün biznes proseslərinin avtomatlaşdırılmasını təmin edən proqram təminatıdır. Kiçik və orta müəssisələrdə geniş istifadə olunur. Son zamanlar iri şirkətlərdə istifadə olunmağa başlayıb. Əsas rəqibləri SAP, Microsoft Dinamics NAV, Oracle E-Business Suite proqram təminatlarıdır.

“1C:Müəssisə” texniki nöqteyi-nəzərindən iki əsas hissədən ibarətdir:

“1C:Müəssisə” platforması – üzərində konfiqurasiyalar yazılan və proqramçılar və s. tərəfindən istifadə olunan proqramın əsasını təşkil edir. İstifadəçi təkcə platforma ilə işləyə bilmir. Özünəməxsus freymvörk (framework) platformasına bənzəyir. Platforma daim yenilənir və sonuncu versiya 8.3 versiyasıdır

Mühasib kimlərə deyilir?

"Mühasib" sözü ərəb sözü olub hesabat aparan,hazırlayan şəxs mənasını verir.

"Mühasib peşəsi" hal-hazırda dünya miqyasında ən çox tələbat olan və əmək haqqı məbləği kifayət qədər olan sahələrdən biridir. Və hətta işinizi yaxşı bilsəniz ali təhsil almadan belə PEŞƏKAR MÜHASİB ola bilərsiniz.

Bəs yaxşı, savadlı və işinin peşəkarı olan mühasib olmaq üçün nə etmək üçün lazımdır?

Çox düşünməyə ehtiyac yoxdur, yolunuzu AZE Consulting ŞİRKƏTİNDƏN salmağınız kifayətdir. Çünki AZE Consulting ŞİRKƏTİNDƏ savadlı və peşəkar müəllimlər tərəfindən ən müasir dərs metodları ilə cəmi 4 aya peşəkar mühasib ola bilərsiniz.

Siz bu müddət ərzində 2 ay nəzəriyyə, 1 ay praktika, 1 ay isə mühasibatlıq proqramı 1C nin ən son versiyası olan 8.3 öyrənəcəksiniz.

Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə olmaqla fərdi və qrup formasında, əyani və online(zoom vasitəsilə) olmaqla keçirilir. İlk dərsimiz ödənişiniz sınaq dərsidir. (Sınaq dedikdə biz sizi deyil, siz bizi sınayacaqsınız, müəllimlərimizin dərs keçmə metodikası və kursumuzun keyfiyyəti ilə yaxından tanış olacaqsınız)

Həmçinin 4 ay ərzində siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:

● Mühasibatlıq nəzəriyyəsi (praktik məsələlər)

● DSMF və Vergi hesabatlarının hazırlanması

● Müəssisənin mühasibatlığını aparmaq üçün lazımi praktiki işlər

● Maliyyə hesabatlarının müstəqil şəkildə hazırlanması

● Mühasibatlıqda sənədləşmə

● Alış-satış, Anbar uçotu və əməliyyatları

● Yeni hesablar planı

● Kassa hesabının aparılması

● Kadr uçotu

● Qalıq dövriyyə cədvəlinin qurulması

● Statistika hesabatları

● Məşğulluq hesabatları

● Kassa və Bank əməliyyatları

● Əmək haqqı

● 1C 8.3 proqramı

●Məzuniyyətlərin, ezamiyyətlərin hesablanması

Proqramı uğurla bitirən tələbələrimiz sonda sertifikatla təltif olunur.

Sertifikatlarımız universaldır. Həm özəl həm də dövlət müəssisələrində işə qəbul zamanı keçərlidir.

Ümidvarıq ki, məqaləmiz sizin üçün çox faydalı oldu.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
Praktiki Mühasibatlıq, kadr və Vergi kursları

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi  mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    Vergi mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    13-noy-2025 | Bloq
  • Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    13-noy-2025 | Bloq
  • İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    13-noy-2025 | Bloq
  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech