logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Sadələşdirilmiş vergi ödəyicisi ƏDV ödəyicisinə çevrildikdə, satdığı mala ƏDV hesablamalıdır?

  • Bloq
  • 15-dek-2022, 10:24
  • 283
Sadələşdirilmiş vergi ödəyicisi ƏDV ödəyicisinə çevrildikdə, satdığı mala ƏDV hesablamalıdır?
Vergi Məcəlləsinin 159.7-ci maddəsinin tələblərinə də praktikada fərqli yanaşmalar var. Əvvəlcə sözügedən maddəni nəzərdən keçirək.

“Maddə 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.”

Bəzi vergi mütəxəssislərinin fikrincə, bu maddə sadələşdirilmiş vergi ödəyicisi ƏDV ödəyicisinə çevrildikdə həmin mallara ƏDV tətbiq etməməyə əsas verir. İlk baxışdan maddə belə təsir bağışlasa da, o aldadıcıdır. Əgər doğrudan da, maddədən deyilən nəticə çıxırdısa, o zaman niyə 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirən (6% dərəcəsi ilə vergi ödəyənlər) pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərinə şərait yaradıldı ki, vergi orqanlarına təqdim etdikləri məlumatlara əsasən, 1 aprel 2019-cu ilədək ƏDV-ni yalnız malların satış və alış qiymətindəki fərqə hesablasınlar?!

Düzdür, bu qərarı bir növ vergi amnistiyası da hesab etmək olar. Çünki bu qərarla uçotda olmayan malları da uçota salmağa icazə verildi. Həmin vergi ödəyiciləri 1 aprel 2019-cu ildən etibarən sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdən qalan bütün mallara ƏDV tətbiq edir.



Tutaq ki, ticarət fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisi 1 may 2021-cu il tarixdən ƏDV ödəyicisi olub. Bu halda artıq vergi ödəyicisi bütün təqdim etdiyi malları ƏDV-yə cəlb etməlidir.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinə gəlincə isə, bu, sırf əvəzləşdirmə hüquqi ilə bağlıdır.

Mİsal 1. ƏDV-dən azad olunan əməliyyatlar həyata keçirən ƏDV ödəyicisi “A” MMC 800 manatlıq mal alıb. Vergi ödəyicisi fəaliyyətinə uyğun olaraq ƏDV-ni əvəzləşdirmək hüququndan istifadə edə bilmir. Həmin malların ləğv olunması zamanı ona ƏDV-yə cəlb edilən əməliyyat kimi baxılmır.

Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilibsə, ƏDV hesablanan məbləğ də əvəzləşdirmənin qismən verilməmiş payına mütənasib olacaq.

Mİsal 2. Həm ƏDV-dən azad olan, həm də ƏDV-yə cəlb edilən fəaliyyətləri həyata keçirən vergi ödəyicisi elektron qaimə-faktura ilə 800 manatlıq mal əldə edib və 144 manat ƏDV hesablayıb. Alınmış malların ƏDV-yə cəlb olunan əməliyyatın xüsusi çəkisi üzrə qismən əvəzləşdirən məbləği, malların göndərilməsi zamanı həmin ƏDV məbləği qədər bəyan edilməlidir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech