logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Könüllü vergi açıqlaması nədir və bu zamanı vergi ödəyicisinin üzərinə hansı öhdəliklər düşür?

  • Bloq
  • 08-may-2023, 10:28
  • 83
Könüllü vergi açıqlaması nədir və bu zamanı vergi ödəyicisinin üzərinə hansı öhdəliklər düşür?
Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən, könüllü açıqlama – səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir.“Voluntary tax disclosure" termini ilə ifadə edilən bu anlayış bir çox dünya ölkələrində tətbiq olunur. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsi hər bir vergi ödəyicisinə öz səhvlərini könüllü açıqlamaq şansı yaradır. Könüllü vergi açıqlaması vergi yoxlaması üçün qanunla müəyyən edilmiş müddət bitdikdən sonra, yoxlama zamanı aşkar olunmamış səhvlərin könüllü bəyan edilməsini nəzərdə tutur. Bununla da vergi ödəyicisinin dəqiqləşmiş bəyannamə vermək hüququ yaranır və həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə faizlərin hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna edilmiş olur. Könüllü vergi açıqlaması edildiyi halda bu barədə Vergi Məcəlləsinin 72.5-1-ci maddəsinə əsasən, Dövlət Vergi Xidmətinin müəyyən etdiyi formada vergi hesabatı verilməlidir.

Misal: "AA" müəssisəsinin 2018-ci ildə rəsmi işçi kimi direktordan başqa işçisi olmayıb, lakin həmin dövrdə DSMF hesabatı boş təqdim edilib. Müəssisənin həmin dövrdə heç bir fəaliyyəti olmayıb. Əslində, bu, Əmək Məcəlləsinin müddəalarına görə boşdayanma hesab olunur. Məcəllənin 169.1-ci maddəsinə əsasən, işçinin (direktorun) maaşının üçdə iki hissəsindən az olmayaraq əməkhaqqı hesablanılıb ödənilməli idi. Həmin dövr də daxil olmaqla səyyar vergi yoxlaması zamanı bu məqam diqqətdən yayınıb. Yoxlama başa çatdıqdan sonra isə müəssisə, fərz edək ki, 375 manat məcburi dövlət sosial sığorta haqqı, 5 manat işsizlikdən sığorta haqqı və 20 manat icbari tibbi sığorta hesablamaqla DSMF hesabatını təqdim edib. Bu zaman "AA" müəssisəsi könüllü açıqlama verdiyi üçün ona vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilməyəcək.

Bundan əlavə, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanmayacaq.

Qeyd edək ki, “The Voluntary Tax Disclosure" Amerika Birləşmiş Ştatlarda bir akt kimi qəbul edilib. Bu akt çərçivəsində müxtəlif vergi ödəyiciləri ilə könüllü vergi açıqlaması anlaşması imzalanır.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech