logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Nağdlaşdırmaya görə ödəmə mənbəyində nə qədər vergi tutulur?

  • Bloq
  • 12-may-2023, 10:33
  • 95
Nağdlaşdırmaya görə ödəmə mənbəyində nə qədər vergi tutulur?
Təcrübədə ən çox rast gəlinən hallardan biri də hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bank hesablarındakı pul vəsaitlərini nağdlaşdıran zaman yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filiali və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində vergi tutulmasıdır. Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. Bu maddə ilə bağlı diqqət yetiriləsi məqamlar aşağıdakılardır:

1) Bu tələb sırf vergi ödəyicilərinə aid olduğundan vətəndaşlardan nağdlaşdırmaya görə vergi tutulmur. Məsələn, tutaq ki, “AA” MMC işçinin əməkhaqqı kartına 500 manat köçürüb, işçi həmin vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəmir. Bundan əlavə, vətəndaşın bank hesabına pul köcürülərkən həmin vəsatin nağd formada hesabdan çıxarılmasına görə 1 faiz sadələşdirilmiş vergi hesablanmır.

2) Nağd vəsaitlərin çıxarılması ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə hər hansı güzəşt nəzərdə tutulmayıb.

Yəni istər kənd təsərrüfatı ilə, istərsə də ixrac və ya istehsal fəaliyyəti də məşğul olsun, vergi ödəyicisi bank hesabından nağd pul çıxardıqda 1 faiz sadələşdirilmiş vergi ödəməlidir. Eyni hal bank hesabından çıxarılan nağd pulun təyinatı ilə də bağlıdır. Əməkhaqqı və ya təsərrüfat fəaliyyəti ilə bağlı bank hesabından nağd pul çıxarılmasına görə bütün hallarda 1 faiz vergi tutulur.

3) Bələdiyyələr bank hesabından vəsait çıxaran zaman 1 faiz sadələşdirilmiş vergi tutulmur.Çünki bu maddə hüquqi şəxs statusunda yaradılan müəssisə və təşkilatlara, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir.

Bu məntiqlə icarə fəaliyyətindən, yəni qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edənlər də bank hesabından vəsaiti nağdlaşdırdıqda 1 faiz vergi ödəməməlidirlər.

4) Vergi ödəyicisi bank hesablarından nağdlaşdırmaya görə ödədiyi 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi xərcini gəlirdən çıxılan xərclərə aid etməlidir.

Yəni gəlir və ya mənfəət vergisi ödəyici müvafiq bəyannamə və cari vergi arayışlarında bu məbləği xərc kimi qeyd edə bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech