logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bələdiyyələrə yaranan vergi borclarının müvafiq icra şöbələri tərəfindən yığılması.

  • Bloq
  • 19-may-2023, 10:13
  • 79
Bələdiyyələrə yaranan vergi borclarının müvafiq icra şöbələri tərəfindən yığılması.
Bələdiyyələr tərəfindən vətəndaşların əmlak və ya torpaq vergiləri üzrə yaranmış borcların Ədliyyə Nazirliyinin tabeçilində olan müvafiq icra şöbələri tərəfindən yığılması nə dərəcədə doğrudur?Məsələni araşdırmaq üçün bir neçə normativ hüquqi aktlara müraciət etməliyik. 27 dekabr 2001-ci il tarixdə qəbul edilmiş “İcra haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədləri sayılır.

Buradan görünür ki, bələdiyyə orqanlarının qəbul etdiyi inzibati aktlar icra məmurları üçün icra sənədlərinə aiddir. Bələdiyyələrlə bağlı digər normativ aktlara əsasən də bələdiyyələrin qəbul etdiyi qərarlar inzibati aktlar sayılır. Deməli, bələdiyyələrin əmlak, torpaq və digər vergilər və yerli ödənişlər üzrə borcların ödənilməsi haqqında qəbul etdiyi qərarlar icra məmurları üçün icra sənədi sayılır.

“İcra haqqında” Qanunun 8.1-ci maddəsində isə göstərilib ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.

Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.

Deməli, rayon icra şöbələri bələdiyyələrdən borcların alınması ilə bağlı qərarı və digər müşaiyyətedici sənədləri aldıqdan sonra 3 gün müddətində borcların alınması ilə bağlı icraata başlamalıdır. Buradan belə nəticə çıxarmaq olur ki, icra şöbələrinin əmlak, torpaq, digər vergi, eləcə də yerli ödənişlərin ödənilməsi ilə bağlı atdığı addımları düzgün qiymətləndirmək olar.

Vergi Məcəlləsində vətəndaşlardan torpaq və ya əmlak vergisinin tələb edilməsi ilə bağlı müddəalara nəzər yetirək.

Məcəllənin 200.4-cü maddəsinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

Vergi Məcəlləsinin 208.3-cü maddəsində isə göstərilib ki, müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.

Deməli, Vergi Məcəlləsinin tələblərinə görə, vətəndaşlara həm torpaq vergisinə, həm də əmlak vergisinə görə bələdiyyə tərəfindən hesablamalar aparılmalıdır və tədiyə bildirişi avqust ayının 1-dək çatdırılmalıdır. Belə olan halda vətəndaşa tədiyə bildirişi çatdırılmamışdırsa, onda bələdiyyənin ondan hər hansı bir vergini tələb etməsi qanuna ziddir. Yəni vətəndaş onun əmlak və ya torpaq vergisi üzrə öhdəliyinin olduğunu bilməlidir. Bu isə bələdiyyə tərəfindən təqdim edilən tədiyyə bildirişinə görə müəyyənləşir.

Ancaq son zamanlar bələdiyyələr vətəndaşa heç bir tədiyə bildirişi çatdırmadan qeyri-qanuni olaraq süni surətdə borclar və faizlər hesablayırlar. Bu, yolverilməz haldır.

Belə hallarda vətəndaş vergilərin ödənilməsindən imtina edə bilər. Hətta vətəndaşa əvvəlki illər üzrə tədiyə bildirişi avqust ayının 1-dək verilməmişdirsə və əvvəlki illərə görə tədiyə bildirişi sonradan verilsə belə, vətəndaş vergini ödəməkdən imtina edə bilər. Çünki tədiyə bildirişinin təqdim edilməsinin son tarixi 1 avqustdur.

Bəs bələdiyyə tərəfindən vətəndaşa tədiyə bildirişinin şəkil, whatsapp mesajı və digər üsullarla göndərməsi mümkündürmü?

Bu üsullardan istifadə edilə bilər. Ancaq bu, tədiyə bildirişinin çatdırılması kimi qəbul edilmir. Tədiyə bildirişi vətəndaşın ünvanına əlbəəl və ya digər rabitə üsulları ilə çatdırılmalıdır. Odur ki, bu məslələrdə həm vətəndaşlar, həm də bələdiyyələr diqqətli olmalıdırlar ki, sonra məhkəmələrdə görüşməsinlər.

Bələdiyyə borclarına görə icra orqanları və ya məmurları vətəndaşın ölkədən getmək hüququna müvəqqəti məhdudlaşdırma qoya bilərmi?

Bu sualın cavabını da “İcra haqqında” qanunda axtarmalıyıq. Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Maddədən görünür ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması ancaq məhkəmə əmrləri, qərarları və vergi orqanının pul tələbləri olduqda qoyula bilər. Bələdiyyələr vergi orqanları deyil, yerli özünü idarəetmə orqanıdır və onların qərarları ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırmasına əsas vermir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    06-noy-2025 | Bloq
  • İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    06-noy-2025 | Bloq
  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech