logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Topdansatış fəaliyyəti həyata keçirən vergi ödəyicilərində pərakəndə ticarət fəaliyyət niyə qadağan olundu?

  • Bloq
  • 01-iyn-2023, 09:53
  • 285
Topdansatış fəaliyyəti həyata keçirən vergi ödəyicilərində pərakəndə ticarət fəaliyyət niyə qadağan olundu?
Vergi orqanının topdansatış fəaliyyəti həyata keçirən vergi ödəyicilərində pərakəndə ticarət fəaliyyətinin qadağan olunmasında marağı nədir? Fikrimizcə, bəzi vergi ödəyiciləri idxal və ya istehsal etdiyi malların topdansatış qaydada satışını həyata keçirərkən onların uçotdan silinməsində problemlər yaşayır.

Misal üçün, vergi ödəyicisi 300 000 manat dəyərində mal idxal edib. Malları topdan satan zaman bəzi vergi ödəyiciləri elektron qaimə-faktura təqdim olunmasını istəmədiyində malların uçotdan silinməsində problemlər yaranır. Bu zaman vergi ödəyicisi çıxış yolunu həmin malların vətəndaşlara pərakəndə qaydada satışını rəsmiləşdirməkdə görürlər. Vergi ödəyicisi həmin malların istehlak məqsədilə həyata keçirildiyini qeyd edir və kassaya vurur. Nəticədə, malların təyinatına uyğun yerdəyişməsi həyata keçirilmədiyindən, vergidən yayınma halları baş verib. Bu səbəbdən də, vergi orqanı topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin malların pərakəndə qaydada satışını həyata keçirməsinə isti yanaşmır.

Vergi orqanı tərəfindən 2021-ci ildə yuxarıda qeyd edilən hallar üzrə maliyyə sanksiyası tətbiq edilirdi. Vergi orqanı hesab edirdi ki, topdansatış obyektlərində Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli, 94 saylı qərarı ilə pərakəndə satış fəaliyyəti qadağan edilir. Vergi Məcəlləsinə əsasən, topdansatış fəaliyyəti dedikdə, malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti nəzərdə tutulduğu üçün, vergi ödəyicisi tərəfindən təqdim edilən mallara elektron-qaimə fakturanın verilməsi anlamına gəlir. O səbəbdən də, Vergi Məcəlləsinin 58.13-cü maddəsində qeyd edildiyi kimi, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq edilirdi.

Vergi orqanı tərəfindən bu cür maliyyə sanksiyalarının tətbiq edilməsi bəzi vergi ödəyicilərinin narazılığına səbəb olurdu. Misal üçün, taxta-şalbanın topdansatışı ilə məşğul olan vergi ödəyicisi bildirirdi ki, vətəndaş evinin tikintisi məqsədilə iri həcmdə taxta aldığı üçün, həmin əməliyyatı pərakəndə satış fəaliyyəti kimi qeydə almışıq. Vergi ödəyiciləri onu da bildirirdilər ki, Vergi Məcəlləsində topdansatış fəaliyyəti üzrə məşğul olanlara malların pərakəndə şəkildə təqdim edilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmur. Vergi orqanı Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə əsasən, maliyyə sanksiyası tətbiq etmək istəyirsə, o zaman həmin malların həqiqətən topdansatış qaydada təqdim edilməsini sübut etsin.

Amma bəzən olur ki, bəzi vergi ödəyiciləri topdansatış obyektlərində malların pərakəndə satış qaydasında təqdim edilməsini əsaslandıra bilmirlər, ya da bu əsaslandırma reallığa uyğun olmur. Misal üçün, nəm salfetlərin topdansatış fəaliyyətini həyata keçirən vergi ödəyicisi 2000 ədəd nəm salfetin pərakəndə qaydada satışını həyata keçirir. Vətəndaşın çoxlu sayda nəm salfet almasının səbəbi odur ki, bir illik ehtiyacını öncədən qarşılamaq istəyib. Göründüyü kimi, vergi ödəyicisinin əsaslandırması vergi orqanı tərəfindən məqbul hesab edilməyə bilər.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech