logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Səlahiyyətlərin verilməsi ilə bağlı rast gəlinən 3 vacib məqam hansıdır?

  • Bloq
  • 04-iyl-2023, 11:19
  • 194
Səlahiyyətlərin verilməsi ilə bağlı rast gəlinən 3 vacib məqam hansıdır?
İşəgötürən tərəfindən ƏMAS-da səlahiyyətlərin verilməsi ilə bağlı təcrübədə müəyyən problemlərə rast gəlinir. Həmkarlarımızın üzləşdikləri problemlərlə bağlı 3 vacib məqamın açıqlamasını vermək istərdik.

Həmkarlarımızdan daxil olan suallardan biri odur ki, işəgötürən təşkilatın istənilən vəzifədə çalışan işçisinə və ya işçisi olmayan şəxsə səlahiyyətlər verə bilər? ƏMAS altsistemində səlahiyyət verilən şəxsin işçi olması və ya hansı vəzifədə çalışması ilə bağlı məhdudiyyət yoxdur. Amma ƏMAS-da səlahiyyətlərin verilməsi o anlama gəlmir ki, həmin şəxs artıq prosesləri həyata keçirə bilər. ƏMAS altsisteminə daxil olmaq üçün işçi təşkilatla bağlılığı olan “Asan imza” və ya “Elektron imza”ya sahib olmalıdır. İşçinin fiziki şəxs kimi “Asan imza”sı və ya “Elektron imza”sı olsa belə, mütləq təşkilat adından çıxış etmək səlahiyyətini təsdiq edən sənədlərə də malik olmalıdır.

Üçüncü məqam səlahiyyət verilən şəxsin elektron imzası ilə bağlıdır. Bəzi hallarda işəgötürən işçiyə “Asan imza” və ya “Elektron imza” ilə təşkilatın adından çıxış etmək hüququ verdikdə, ona işəgötürən səlahiyyəti də təqdim edir. İşəgötürən həmin şəxsə ƏMAS-da hər hansı struktur üzrə səlahiyyət verdikdə, həmin şəxs işəgötürən kimi elektron imzaya malik olduğu üçün proqram təminatı həmin şəxsə təşkilatla bağlı bütün səlahiyyətləri verir. O səbəbdən də, dövlət qurumunda işəgötürən işçiyə “Asan imza” və ya “Elektron imza” ilə səlahiyyət verdikdə, ona vəzifəsinə uyğun olaraq səlahiyyətlər həvalə etməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech