logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vahid bəyannamədə işçiyə hesablanan məzuniyyət haqqı necə əks olunur?

  • Bloq
  • 18-iyl-2023, 11:20
  • 36
Vahid bəyannamədə işçiyə hesablanan məzuniyyət haqqı necə əks olunur?
Misal. Beşgünlük iş rejimində çalışan, aylıq əmək haqqı 500 manat olan işçi 27 yanvar 2020-ci il tarixdən 11 günlük məzuniyyət hüququndan istifadə edib və 7 fevral 2020-ci tarixdə işə başlayıb. İşçiyə hesablanan cəmi 180,92 manatlıq məzuniyyət haqqının 82,24 manatı yanvar, digər hissəsi - 98,68 manatı isə fevral ayına təsadüf edir. Qeyd edək ki, işçi 11 gün məzuniyyətdə olduğu dövrdə 2 gün şənbə və bazar gününə təsadüf etdiyindən o, yanvar və fevral ayında müvafiq olaraq 5 və 4 iş günü işləməyib.
Deməli, işçinin əmək haqqı aylar üzrə aşağıdakı kimi olub:
- 18 iş günü olan yanvar ayı üzrə əmək haqqı – 443,35 manat (361,11 manat (yanvar ayının 13 iş gününə hesablanan əmək haqqı) + 82, 24 manat (yanvar üzrə məzuniyyət haqqı));
- 20 iş günü olan fevral ayı üzrə əmək haqqı - 498.68 manat (400 manat (fevral ayının 16 gününə hesablanan əmək haqqı) + 98,68 manat (yanvar üzrə məzuniyyət haqqı));
- 16 iş günü olan mart ayı üzrə əmək haqqı – 500 manat.
İndi isə göstəricilər üzrə məlumatların vahid bəyannamədə necə qeyd edilməsini nəzərdən keçirək. Hesabatın ilk səhifəsində iş günləri 2020-ci ilin istehsalat təqviminə uyğun qeyd edilir.
İşçinin aylar üzrə əmək haqqı göstəriciləri daxil edildikdə, əmək haqqı ilə yanaşı, məzuniyyət haqqı nəzərə alınmaqla cəmi məbləğ qeyd edilməlidir. “Faktiki iş günlərinin sayı” bölməsində işçinin faktiki işlədiyi günlərin sayı qeyd olunmalıdır:

Şəkildən göründüyü kimi, yanvar və fevral aylarında müvafiq olaraq 18 və 20 iş günü olmasına baxmayaraq, işçinin məzuniyyətdə olması səbəbindən 13 (18-5) və 16 (20-4) faktiki iş günləri qeyd edilib.

Növbəti hissə - “İşçinin işləmədiyi iş günləri haqqında məlumat” bölməsi belə doldurulmalıdır:
Məlumatlardan göründüyü kimi işçinin işlədiyi günlərlə işləmədiyi günlərin cəmi iş günlərinin sayına bərabər olmalıdır:
Yanvar ayı üzrə - cəmi 18 gün (13 gün (işlədiyi günlərin sayı) + 5 gün (məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı);
Fevral ayı üzrə - cəmi 20 gün ((16 gün (işlədiyi günlərin sayı) + 4 gün (məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı);
Mart ayı üzrə - cəmi 16 gün (işlədiyi günlərin sayı);
Rüb üzrə - cəmi 54 gün ((45 gün (işlədiyi günlərin sayı)+ 9 gün (məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı).
Əgər aylar üzrə iş günlərinin cəmində fərqlilik yaransa, bəyannamənin yoxlanılması zamanı aşağıdakı şəkildə, xəta bildirişi çıxacaq:

İş günləri ilə bağlı misala keçməşdən öncə bildirək ki, məlumatların bu şəkildə daxil edilməsi vergi orqanının kameral yoxlaması zamanı uyğunsuzluqların aşkara çıxarmasının qarşısını alacaq. Çünki bəzən məzuniyyətdə olması səbəbindən işçinin maaşının elektron reyestrdəki əmək haqqından az olması barədə kameral uyğunsuzluqla bağlı məlumatlar daxil olurdu. Artıq vergi ödəyicisinin vahid bəyannamədə təqdim etdiyi məlumatlar imkan verəcək ki, işçinin hansı səbəbdən iş günlərini tam işləmədiyi aydın olsun.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    06-noy-2025 | Bloq
  • İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    06-noy-2025 | Bloq
  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech