logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bəyannamənin təqdim olunmamasına görə maliyyə sanksiyası necə hesablanır?

  • Bloq
  • 20-iyl-2023, 10:41
  • 108
Bəyannamənin təqdim olunmamasına görə maliyyə sanksiyası necə hesablanır?
Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Misal 1. 2023-cü ilin 2-cü rübü üzrə Sadələşdirilmiş vergi bəyannaməsini 30 iyul 2023-cü il tarixdə təqdim etdiyi halda vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Misal 2. Gəlir (mənfəət) vergisi ödəyicisi olan şəxs 2021-ci ildə hər hansı əsas vəsaitə malik olmayıb. 2022-ci ilin sonuna vergi ödəyicisinin əmlakı olmasına baxmayaraq bu haqda vergi orqanına bəyannamə təqdim etməyib. 2023-ci ilin may ayında vergi nəzarəti tədbirləri nəticəsində qeyd edilən hal aşkar edildikdə 2021-cü il üzrə vergi ödəyicisinin əmlak vergisi mükəlləfiyyəti yaranmadığı üçün maliyyə sanksiyası tətbiq edilməyəcək. Amma 2022-ci il üzrə əmlak vergisi bəyannaməsi 31 mart 2022-ci il tarixinə kimi təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsinə görə 40 manat maliyyə sanksiyası tətbiq olunacaq.
Misal 3. Vergi ödəyicisi 2021-ci ilin 3-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) və Sadələşdrilmiş vergi bəyannaməsini təqdim etməyib. Bu halda vergi ödəyicisinə hər bəyannamə növü üzrə ayrı maliyyə sanksiyası hesablanacaq. Vergi orqanı Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə 80 manat (40 manat x 2) maliyyə sanksiyası tətbiq edəcək.
Misal 4. Mənfəət (gəlir) vergisi ödəyicisi 15 oktyabr 2022-ci il tarixdə fəaliyyətini müvəqqəti dayandırıb. Vergi qanunvericiliyinə əsasən, mənfəət (gəlir) vergisi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisinin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanına bəyannamə verməlidir. Vergi ödəyicisinə hesabatın 15 noyabr 2022-ci il tarixdən gec təqdim edilməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyası tətbiq ediləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech