logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi necə tənzimlənir?

  • Bloq
  • 24-iyl-2023, 11:28
  • 229
İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi necə tənzimlənir?
Ümumilikdə işəgötürən tərəfindən verilən intizam tənbehinin qüvvədən düşməsinin üç növü var:
Birincisi, intizam tənbehinin qüvvədə olması müddətinin başa çatmasıdır.
Əmək Məcəlləsinin 190-cı, “İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi” maddəsinin birinci hissəsinə əsasən, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
Mİsal. İşəgötürən 1 may 2021-ci il tarixdə işçiyə töhmət verir. Artıq həmin intizam tənbehinin qüvvədən düşmə vaxtı 31 oktyabr 2021-ci il tarixi hesab edilir.
İkincisi, işəgötürənin verdiyi intizam tənbehini ləğv etməsidir.
Əmək Məcəlləsinin 190-cı maddəsinin ikinci hissəsinə əsasən, işçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
Mİsal. İşəgötürən satış göstəriciləri zəif olan işçiyə 2020-ci ilin may ayında töhmət verir. Amma işçinin iyun və iyul ayı üzrə satış göstəriciləri kifayət qədər yüksək olduğu üçün, işəgötürən avqust ayında qərar verir ki, may ayında verilən intizam tənbehi ləğv olunsun.
Üçünçü hal odur ki, işəgötürən işçiyə intizam tənbehi tətbiq etdikdən sonra, onu hansısa formada mükafatlandırır.
Əmək Məcəlləsinin 190-cı maddəsinin dördüncü hissəsinə əsasən, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi Əmək Məcəlləsinin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.
Mİsal.1. İşəgötürən sentyabr ayında intizam tənbehi tətbiq etdiyi işçiyə oktyabr ayında əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirilməsi səbəbindən 500 manat mükafat verir. Artıq işçiyə bu cür mükafatın verilməsi onun intizam tənbehinin qüvvədən düşməsi deməkdir.
Mİsal.2. İşəgötürən avqust ayında intizam tənbehi tətbiq etdiyi işçiyə 9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə 100 manat mükafat təqdim edir. Bu cür mükafatın verilməsi intizam tənbehinin qüvvədən düşməsinə səbəb olmur. Çünki Əmək Məcəllsəinin 185-ci maddəsinə əsasən, həvəsləndirici mükafat əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilərə verilir. Bayramla bağlı verilən mükafat bu kateqoriyaya aid edilmir.
Bir məsələni qeyd edək ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin “f” bəndinə əsasən, intizam tənbehi verilməsi fərdi əmək mübahisələrinin yaranmasına əsasdır. Həmçinin, Məcəllənin 190-cı maddəsinin üçünçü hissəsinə əsasən, intizam tənbehi verilən işçi işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

Mİsal. İşəgötürən işçinin əmək intizamını pozmasını əsas tutaraq, ona intizam tənbehinin növü olan töhmət elan edib. İşçi də tətbiq olan intizam tənbehi ilə razı olmadığı üçün həmin əmrin ləğv olunması iddiası ilə məhkəməyə üz tutub. Hətta işçinin hüququ var ki, işəgötürənin intizam tənbehini tətbiq etməsi səbəbindən ona vurulan mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldırsn.
Bölmənin əvvəlində qeyd etdik ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Mümkündür ki, işəgötürən bir dəfə intizam tənbehi tətbiq etdikdən sonra yaxın dövrdə işçi tərəfindən yenindən intizam xətası törədilmiş olsun.
Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması da aid edilir.
Mİsal. İşəgötürən iş yoldaşı ilə mübahisə etdiyi üçün işçiyə intizam tənbehinin növü olan töhmət verib. Həmin intizam tənbehinin üzərindən bir ay müddət keçdikdən sonra işçi yenidən iş yoldaşı ilə əsassız mübahisə edir. Bu halda işəgötürən ilk intizam tənbehindən 6 ay keçmədiyini əsas götürərək, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsini “c” bəndi ilə xitam vermək hüququna malikdir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq
  • Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
    06-noy-2025 | Bloq
  • Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    Naxçıvanda biznesin inkişafı üçün yeni vergi imtiyazları
    06-noy-2025 | Bloq
  • Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı bu il 9% artıb
    06-noy-2025 | Bloq
  • İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    İşdən çıxan müharibə iştirakçılarına kompensasiya — əsas, yoxsa əlavə məzuniyyətə görə?
    06-noy-2025 | Bloq
  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech