logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçinin məzuniyyətdən geri çağrılmasının ardıcıllığı necə müəyyənləşdirilməlidir?

  • Bloq
  • 26-iyl-2023, 10:17
  • 251
İşçinin məzuniyyətdən geri çağrılmasının ardıcıllığı necə müəyyənləşdirilməlidir?
Müəssisədəki xidməti vəziyyətlə (istehsal zərurəti ilə) əlaqədar işəgötürənin işçini (razılığı alınmaqla) əmək məzuniyyətindən geri çağırması da əmək məzuniyyətlərinin növbəlilik qrafikində dəyişiklik edilməsinə əsasdır, çünki bu halda işçi əmək məzuniyyətindən tam şəkildə istifadə edə bilmir.
Əvvəlcə baxaq, istehsal zərurəti nə deməkdir? İstehsal zərurəti dedikdə, müəssisənin normal fəaliyyətinə mane olan hansısa problemin aradan qaldırılması məqsədi ilə təcili işlərin həyata keçirilməsi başa düşülür. Adətən, bu ifadədən, işəgötürənlər iki halda istifadə edirlər: İşçini əmək məzuniyyətindən geri çağırdıqda və işçini müvəqqəti olaraq başqa işə keçirmək lazım gəldikdə.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə (maddə 137), müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir.
Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydasına uyğun olaraq yenidən məzuniyyət pulu hesablanıb ödənilir.
İşçinin əmək məzuniyyətindən geri çağırılması çox maraqlı və praktiki məsələ olduğundan onu dərindən araşdırmağa çalışacağıq. Hər şeydən əvvəl, qeyd edək ki, işçinin işəgötürən tərəfindən məzuniyyətdən geri çağırılması bir tərəfli proses deyil, Əmək Məcəlləsindən gətirdiyimiz iqtibasdan da göründüyü kimi işçi razı olmasa, onu məcburi şəkildə məzuniyyətdən geri çağırmaq qadağandır. Əgər işəgötürən işçini zorla məzuniyyətdən geri çağırmağa cəhd edərsə, işçi bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edə bilər.
İşçinin əmək məzuniyyətindən geri çağırılması prosedurunun ardıcıllığı aşağıdakı kimidir.
- İşçinin mənsub olduğu struktur bölməsinin rəhbəri təşkilatın direktorunun adına xidməti yazı ünvanlayır;
- Təşkilatın rəhbəri xidməti yazıda səsləndirilən təklifə müsbət dərkənar qoymaqla razılığını bildirir;
- Kadrlarla iş şöbəsi işçi ilə əlaqə saxlayıb onun yazılı razılığını alır;
- Təşkilatın rəhbəri işçinin əmək məzuniyyətindən geri çağırılması barədə əmr imzalayır.
Qeyd edək ki, əmək qanunvericiliyində ardıcıllıq bu şəkildə dəqiq əks etdirilməsə də, praktikada işçinin əmək məzuniyyətindən geri çağırılmasının təklif edilən proseduru sınaqdan çıxarılıb.
İndi isə növbə ilə lazım olan sənədlərin nümunəvi formasını təqdim edək...

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech