logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Ali Məhkəmənin qərarı: İşəgötürən şöbə rəisini Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndi ilə müddətli işə götürə bilər?

  • Bloq
  • 02-avq-2023, 10:54
  • 227
Ali Məhkəmənin qərarı: İşəgötürən şöbə rəisini Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndi ilə müddətli işə götürə bilər?
Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) bəndi ilə bağlanan əmək müqaviləsi ilə bağlı digər bir məhkəmə iddiası üzrə maraqlı nümunəni, praktiki baxımdan əhəmiyyətli olması səbəbindən, təqdim edirik.
Nümunə: İşçi xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsi ilə dövlət qurumunun X şöbəsinin rəisi vəsifəsinə qəbul edilib. Sonradan müqavilənin müddəti xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixli əmrlə isə xx.xx.2020-ci il tarixədək uzadılıb. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 05-X nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasına) əsasən xitam verilib.
Məhkməyə müraciət edən işçi iddia qaldırıb ki, müddətli əmək müqaviləsi imzalanarkən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad olunması əmək qanunvericiliyinin tələblərinə ziddir.
Məhkəmənin mövqeyi belə olub ki, müddətli əmək müqaviləsi bağlanan hallarından biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığıdır (47-ci maddənin f bəndi) və tərəflərin hüquq bərabərliyi əsasında bağlanmış müddətli müqavilənin hazırkı halda müddətsiz müqavilə ilə əvəz edilməsi yolverilməzdir. Çünki ilk dəfə müqavilə bağlayan zaman tərəflər bərabər imkanlara malik olub və işəgötürən tərəfindən müddətli əmək müqaviləsi ilə işə götürülməsinə işçinin etiraz etmək imkanı olsa da, bunu etməyib. Tərəflər arasında əmək münasibətləri fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməyib ki, avtomatik müddətsiz olsun.
Məhkəmənin yanaşmasına görə, işçi ilə ilk dəfə (müddətli) əmək müqaviləsi bağlayarkən onun işəgötürəndən heç bir asılılığı yox idi, habelə o, bundan öncə müddətsiz müqavilə bağlanılmış işçi statusunda da olmayıb. Belə olan halda, işçi ilə əmək müqaviləsinin müddətli bağlanması hüquq bərabərliyi prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Çünki müddətli əmək müqaviləsi rəsmiləşdirilənədək işəgötürənin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı olduğu kimi tərəflərin qarşılıqlı razılığı əssında müqaviləni müəyyən müddətə bağlamaq hüququ da var idi. Ona görə də işçinin iddiasında göstərdiyi hallar tərəflərin hüquq bərabərliyinin pozulması kimi qiymətləndirilə bilməz.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech