logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İş vaxtının cəmlənmiş uçotunun başqa rejimlərdən fərqi nədir?

  • Bloq
  • 08-avq-2023, 09:58
  • 170
İş vaxtının cəmlənmiş uçotunun başqa rejimlərdən fərqi nədir?
Son dövrlər işçi sayı çox olan və ya növbəli sistemlə fəaliyyət göstərən iş yerlərində iş vaxtının cəmlənmiş uçotunu tətbiq edirlər. Əmək Məcəlləsinin 96-cı, “İş vaxtının cəmlənmiş uçotu” maddəsinin birinci hissəsinə əsasən, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.
İş vaxtının cəmlənmiş uçotu məsələsində diqqət yetiriləsi 3 məqam var.
Birinci məqam. İş vaxtı üzrə qeydiyyat (uçot) dövrü bir ildən artıq olmamalıdır.
Qeydiyyat (üçot) dövrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunan illik istehsalat təqvimində aylar, rüblər və il üzrə iş saatlarının miqdarı nəzərə alınmaqla hesablanır.
İkinci məqam. İş vaxtının cəmlənmiş uçotunda gündəlik işin (növbənin) müddəti 12 saatdan çox ola bilməz.
İşəgötürən üçün iş vaxtının cəmlənmiş uçotunun tətbiqinin bir üstünlüyü də odur ki, gündəlik iş normasının maksimum 8 saat yox, 12 saat olmasına icazə verilir. O səbəbdən mühafizə xidməti, sorğu mərkəzi, dənizdə fəaliyyət göstərən müəssisələr tipli iş yerlərdində adətən iş vaxtının cəmlənmiş uçotu tətbiq olunur.
Üçüncü məqam. İş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamalıdır.
Qeydiyyat (üçot) dövrü ay götürülərsə, məsələn, 2022-ci ilin fevral ayında 20 iş günü olduğu üçün iş vaxtının müddəti 160 saatdan çox ola bilməz. Və yaxud 2022-ci ilin 1-ci rübü qeydiyyat (uçot) dövrü olaraq götürülərsə, bu halda iş vaxtının müddəti 438 saatdan (143 saat (yanvar) + 160 saat (fevral) + 135 saat (mart)) çox olmamalıdır. Ya da qeydiyyat (uçot) dövrü tam olaraq 2022-ci il götürülübsə, o halda iş vaxtının müddətinin
1 921 saatdan çox olmasına icazə verilmir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunan 2022-ci ilin istehsalat təqvimində aylar, rüblər və il üzrə iş saatlarının miqdarı hesablanaraq qeyd edilib.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq
  • Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    Pensiyaya çıxarkən 6 qat birdəfəlik maaş alacaqlar
    07-may-2026 | Bloq
  • QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    QR ödənişləri sahibkarların bank xərclərini azaldacaq
    07-may-2026 | Bloq
  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech