logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hansı işçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyalar verilmir?

  • Bloq
  • 12-sen-2023, 10:54
  • 204
Hansı işçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyalar verilmir?


Təcrübədə bir sıra hallarda işçilər işə daxil olur və qısa bir müddətdə işdən azad olunurlar. Yəni, əmək müqavilələrinə xitam verilir. Belə olan hallarda həmin işçilərə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyalar verilməlidirmi?

Misal 1: “AA” MMC müəyyən vəzifəyə 10.06.2023-cü il tarixində işçi işə qəbul edib və müəyyən səbəbə görə işçinin əmək müqaviləsinə 21.06.2023-cü il tarixində xitam verilib. İşçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya verilməlidirmi?

Misal 2: “BB” MMC 10.06.2023-cü il tarixində işçi işə qəbul edib və müəyyən səbəbə görə işçinin əmək müqaviləsinə 21.07.2023-cü il tarixində xitam verilib. İşçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya verilməlidirmi?

Misal 3: “AA” MMC müəyyən vəzifəyə 10.06.2023-cü il tarixində işçi işə qəbul edib və müəyyən səbəbə görə işçinin əmək müqaviləsinə 21.08.2023-cü il tarixində xitam verilib. İşçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya verilməlidirmi?


Birinci və ikinci misalda qeyd olunan hallarda işçiyə istifadə edilməmiş əmək məziniyyətinə görə heç bir kompensasiya verilməyəcək. Üçüncü misalımızda isə işçiyə istifadə edilməmiş əmək məziniyyətinə görə kompensasiya veriləcək.

Cavabları əsaslandırmaq üçün Əmək Məcəlləsinin 113, 140, 144-cü maddələrinə istinad etməliyik. Məcəllənin 113-cü maddəsinin 3-cü bəndinə əsasən, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

Əmək Məcəlləsinin 140-cı maddəsində isə göstərilib ki, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məcəllənin 144-cü maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Əmək məzunuyyətinin hesablanmasında və kompensasiyanın hesablanmasında dövr kimi iş ili yox, məzuniyyətdən əvvəlki tam aylar götürülür. İş ilinin başlanması və sona çatması tam aylar olmaya bilər. Məsələn, bizim yuxarıdakı misalımızda 10.06.2023-cü il tarixi əmək məzinuyyəti üçün iş ilinin başlanması tarixidir.

Deməli, işçinin əmək məzuniyyətindən istifadə hüququ varsa və iş ili tam başa çatmamışdan əvvəl işdən azad olunursa, onda məzuniyyətə görə kompensasiya dövrü kimi yarımçıq iş ili götürülməlidir.
Birinci misalda 10.06.2023-cü ildə işə daxil olub və 21.06.2023-cü ildə işdən azad edilib. Bu dövrdə ancaq 10 təqvim gününü işləyıb və dövrdə iş ilinə daxil olan hər hansı bir iş ayı yoxdur. Odur ki, işçiyə heç bir kompensasiya verilməyəcək.

İkinci misalda 10.06.2023-cü ildən 21.07.2023-cü il tarixinə kimi olan iş ilinə görə 10.06.2023-10.07.2023 bir iş ayı və 10 təqvim günü vardır. Nəticə etibarı ilə işçiyə bir iş ayına görə kompensasiya hesablanılıb ödənilməlidir. Ancaq Əmək Məcəlləsinin 140.2.-ci maddəsinə görə, 12 təqvim ayından az işləmiş işçiyə əmək məzuniyyəti və kompensasiya əvvəlki tam ayların orta əməkhaqqına görə hesablanır. Nə iyun, nə də iyul aylarını tam işləmədiyinə görə işçiyə bir iş ayı üçün kompensasiya hesablamaq mümkün olmayacaq.

Üçüncü halda isə 10.06.2023-cü ildən 21.08.2023-cü il tarixinə kimi olan iş ilinə görə iki iş ayı və 10 təqvim günü vardır. Artıq burada 2023-cü ilin iyul ayı tam təqvim ayı olduğuna görə işçiyə kompensasiya hesablamaq mümkündür. Ona görə də 2 iş ayına görə kompensasiya ödəniləcək.

Nəzərə alsaq ki, işçiyə 30 gün əsas əmək məzuniyyəti düşür, onda hesablama belə olacaq:

(30 gün : 12 ay ) x 2 ay = 5 gün

İşçiyə 5 gün əmək məzuniyyətinə görə kompensasiya veriləcək.

Tutaq ki, işçinin 500 manat əməkhaqqısı vardır. Hesablamalar aşağıdakı kimi olacaq:

“500 manat : 1 təqvim ayı: 30,4) x 5 gün = 82,24 manat.

Beləliklə, həmin işçinin məziniyyətə görə kompensasiya məbləği 82,24 manat olacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Kənd təsərrüfatı məhsullarının satışında ƏDV qaydaları
    Kənd təsərrüfatı məhsullarının satışında ƏDV qaydaları
    17-iyl-2025 | Bloq
  • 75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi?
    75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi?
    17-iyl-2025 | Bloq
  • ƏDV-nin qeyri-rezidentə elektron ticarət ödənişlərində hesablanması qaydaları
    ƏDV-nin qeyri-rezidentə elektron ticarət ödənişlərində hesablanması qaydaları
    16-iyl-2025 | Bloq
  • Hüquqi şəxslər üçün icarə haqqından vergitutma qaydaları və bəyannamə öhdəlikləri
    Hüquqi şəxslər üçün icarə haqqından vergitutma qaydaları və bəyannamə öhdəlikləri
    16-iyl-2025 | Bloq
  • İxrac əməliyyatlarında ƏDV və vergi qaytarılması prosesi
    İxrac əməliyyatlarında ƏDV və vergi qaytarılması prosesi
    15-iyl-2025 | Bloq
  • Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?
    Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?
    15-iyl-2025 | Bloq
  • Təsərrüfat subyektlərinin uçotu və vergi azadolmalarına dair tələblər
    Təsərrüfat subyektlərinin uçotu və vergi azadolmalarına dair tələblər
    14-iyl-2025 | Bloq
  • Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik: şərtlər, vacib məqamlar
    Bina tikintisi ilə məşğul olan vergi ödəyiciləri üçün yenilik: şərtlər, vacib məqamlar
    14-iyl-2025 | Bloq
  • Dividend anlayışı və vergidən azadolma halları
    Dividend anlayışı və vergidən azadolma halları
    11-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]