NAĞDSIZ TƏLƏBİ! Hansı tip vergi ödəyiciləri mütləq olaraq 10 min manatdan yuxarı ödənişləri nağdsız formada həyata keçirməlidir?
![](/uploads/posts/2021-11/medium/1636113800_perakende_yeni.jpg)
1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Növbəti məlumatımız, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun haqqındadır.
“Nağdsız hesablaşmalar haqqında” AR Qanununa təklif edilən dəyişikliyə əsasən, mebellərin və məişət texnikasının satışını həyata keçirən vergi ödəyiciləri üçün yeni tələb müəyyənləşdirilib. Təklif edilən dəyişikliyə əsasən, mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər yalnız nağdsız formada həyata keçirilməlidir.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dəyişiklikdən seçməni diqqətinizə çatdırırıq:
3.4.12. mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər;