logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

KASSA CƏRİMƏSİ! Köhnə nəzarət-kassa aparatı tətbiq edənlərə hansı məbləğdə cərimə tətbiq ediləcək?

  • Bloq
  • 05-noy-2021, 17:02
  • 576

1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib.


Vergi Məcəlləsinə təklif edilən dəyişiklərdən biri də, nəzarət kassa apartının tətbiqi ilə bağlıdır. Qanunvericiliyə əsasən, bəzi vergi ödəyiciləri nağd pul hesablaşmalarını elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları ilə aparmalıdılar.

Təklif edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində və təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulur.



Vergi Məcəlləsinə bu məsələ ilə bağlı təklif edilən dəyişikliyi diqqətinizə çatdırırıq:



58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən, nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq
  • Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    29-okt-2025 | Bloq
  • Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    29-okt-2025 | Bloq
  • Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?
    Yeni əməkhaqqı modeli: Müəllimlər üçün artım, yoxsa əlavə yük?
    28-okt-2025 | Bloq
  • Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri
    Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri
    28-okt-2025 | Bloq
  • Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    27-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech