logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Publik hüquqi şəxs nədir? - Dövlət büdcəsi yükdən azad olur

  • Bloq
  • 10-noy-2021, 15:49
  • 817

AZECONSULTİNG.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən mexanizmlə bağlı qanun da qüvvəyə mindikdən sonra bir sıra dövlət qurumları bu statusa keçib. Belə ki, Dövlət İmtahan Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Müəllif Hüquqları Agentliyi, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi", "Dənizkənarı Bulvar İdarəsi", Bakı Nəqliyyat Agentliyi, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tərcümə Mərkəzi, Dövlət Feldyeger Xidməti, "ABAD", Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, "Patent və Əmtəə Nişanları Mərkəzi , Dövlət Reklam Agentliyi, təhsil ocaqlarından Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxslərə çevrilib.

Xatırladaq ki, Publik hüquqi şəxs anlayışının tarixi 200 il bundan əvvəl təsadüf edir. XIX əsrin axırlarından başlayaraq bir çox Avropa ölkələrində bu mexanizm tətbiq olunmağa başlayıb. Baltik ölkələrində, Gürcüstanda, Ukrayna və Moldova da hüququn yeni doktrinasından istifadə edilir.

Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu (Qanun) ilə tənzimlənir.



Belə ki, qanuna əsasən publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər. Publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Mülki Məcəllə ilə tənzimlənir. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.

Ölkəmizdə Publik hüquqi şəxsə çevrilmənin geniş vüsət aldığı vaxtda bu yeni hüquq fenomeninin üstünlüyü nədən ibarətdir? Dövlət büdcəsinin maliyyələşmə yükündən azad olmasının xeyirləri nədən ibarətdir?



Qeyd olunan suallarla bağlı "Qafqazinfo" ya açıqlama verən millət vəkili Zahid Oruc qeyd edib ki, Azərbaycanda son iki ildə formalaşaqda olan bu yeni hüquq fenomeni müsbət hadisədir: "Bu mexanizm neft bumunun və idarəetmə sistemində islahatların dərinləşdiyi dövlətin bir sıra sahələrin fəaliyyətinə daha realist nəzərlərlə yanaşmağının nəticəsində meydana çıxıb. Söhbət onlara yalnız maliyyə müstəqilliyi vermək, xalq qarşısında fəalyyətlərinin müqabilində yaşarlığını təmin etməkdən ibarətdirmi? Doğrudur, bu amillər var. Ancaq hesab edirəm ki, hazırkı dövrdə hər bir hökumət, dövlət qurumunun fəaliyyəti əsasında o Publik hüquqi şəxsə necə çevrilə bilər? Parlamentdə bu məsələlər ətrafında hələ qanun layihəsi müzakirə olunan zaman daha çox vurğulanırdı ki, Sovet dövründən sonra bir sıra qurumlar yalnız dövlət büdcə vəsaitləri hesabına yaşamağa üstünlük verirlər. Bu isə rəqabət mühitini əngəlləyir. O bir yandan isə şəffaflığa mənfi təsir göstərir. Belə olan təqdirdə cəmiyyətin o quruma ehtiyacının olub-olmamağından asılı olmayaraq zərurəti, ictimai missiyası bəlli olmadan tam təyin olunmamış halda yalnız dövlət strukturları iyerarxiyasında mövcuddursa fəaliyyəti qalmaqda davam edirdi. Bir sıra qurumların dövlət hakimiyyəti orqanları təsnifatında hansı yer almağı bu günə qədər də bəlli deyil. Məsələn, Mərkəzi Bank kimi mühüm bir qurum sizcə, hakimiyyət qolları təsnifatında hansı yerdədir? Hazırkı üç qolun heç birinə aid deyil.

Təhsil müəssisələrinin mühüm bir hissəsi hamısı dövlət sifarişi ilə fəaliyyət göstərdiyi halda pullu xidmətlər həyata keçirirdi. Ancaq onu kommersiya təşkilatı hesab etmək olmaz. Amma gəlir əldə edirlər. Mərkəzi Bank halında kredit verən, artıq maliyyə bazarları sistemində oyunçu olan bir qurum həm də şərtləri müəyyənləşdirirsə, deməli, onun statusu başqalarından fərqlənir".

Onun sözlərinə görə, Publik hüquqi şəxsə çevrilmə dövlət büdcəsindən maliyyələşmənin tam aradan qalxması anlamına gəlmir: "Ancaq proses buna gedir. Həqiqətən biz illər ərzində dövlət üzərində daşınan bu yükün gələcək dönəmdə tamamilə fərqli bir təsərrüfat fəaliyyəti və işin menecmenti, xarici əlaqələri, maliyyə siyasətinin üstünlüyü prosesində nəhayət ki görməliyik.

Təhsil müəssisələrinin böyük əksəriyyəti Publik hüquqi şəxsə çevrilməlidir. Məlum dövlət sifarişini çıxmaq şərtilə onlar müstəqil qurum kimi fəaliyyət göstərməlidirlər. Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət İmtahan Mərkəzi qeyd olunan sistemlə bir ilə yaxındır ki, fəaliyyət göstərir. Düzdür, Dövlət İmtahan Mərkəzi birinci ilə sənəd verən abituriyentlərdən heç bir rüsum götürmür. Yerdə qalan şəxslərdən əldə olunan vəsaitlər büdcədən onlara yönləndirilən vəsaitdən qətiyyən az olmur. Bu isə avtomatik olaraq o deməkdir ki, həmin qurumlar yaşarlıqlarını sübut edirlər. Bu qurumlarda çalışanlar isə qətiyyən dövlət qulluqçusu sayılmayacaq vəziyyətdə də deyillər. Mülki hüquq sistemindən fərqli olaraq, Publik hüquq sistemində səlahiyyətlərin çərçivəsi həddindən artıq genişdir.



Düşünürəm ki, bu proses bir sıra dövlət qurumlarına da tətbiq olunmalıdır. Bu 100 milyonlarla vəsait pula büdcədə qənaət etməyə imkan yaradacaq. Dövlət büdcəsini uzun illər sırf himayəçilik mühitində hazır vəsaitlərə sərəncam verən qurumlardan xilas edəcək. Eyni zamanda istedadlı, Qərb menecmentini bilən şəxslər həmin qurumların büdcəsinin formalaşdırılmasına yardımçı olacaqlar. Yəqin ki bir müddətdən sonra bu səhiyyə, dövlət standartlaşdırma sisteminə də şamil olunacaq. Bir çox qurumlar var ki onlar əhalidən gəlir əldə edirlər, belə olan halda biz onları niyə dövlət təşkilatı kimi saxlamalıyıq? Bunlar aydın deyil.

Hər birində çoxlu bina resursu, torpaq resursu texnika, avadanlıqlar mövcuddur. Onlar bəzən hansısa torpaq, bina resursunu icarəyə verəndə dərhal buna əks reaksiyalar olur ki, bu dövlət satışını aşmaqdır, özünün təşkilatı modelindən kənara çıxmaqdır. Belə olmasın deyə publik hüquqi şəxs ən yaxşı formatdır.

Həm də belə olan halda şişirdilmiş xərclərə, həmçinin dövlət qurumlarına ödənişlərin illərlə verilməməsi hallarına, borc yükünün milyonlarla manat səviyyəsinə qalxmasında da ehtiyac olmur.

Publik hüquqi şəxs pulları özü əldə edir, belə olan halda xərclərini niyə şişirtsin ki ?".

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq
  • Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    04-iyl-2025 | Bloq
  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq
  • Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    03-iyl-2025 | Bloq
  • İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    02-iyl-2025 | Bloq
  • Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    02-iyl-2025 | Bloq
  • Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    01-iyl-2025 | Bloq
  • Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi
    Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi
    01-iyl-2025 | Bloq
  • ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    30-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]