logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək məzuniyyətlərinin növbəlilik qrafikinin hazırlanması necə rəsmiləşdiriməlidir? (Nümünəvi forma)

  • Bloq
  • 25-noy-2021, 20:06
  • 118
Əmək məzuniyyətlərinin növbəlilik qrafikinin hazırlanması necə rəsmiləşdiriməlidir? (Nümünəvi forma)
İşin rəsmiləşdirilməsi tərəfinə gəlincə, hər ilin sonunda növbəti il üçün və ya hər ilin əvvəlində həmin il üçün məzuniyyətlərin növbəlilik qrafikinin hazırlanması işlərinə başlanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, qrafikin tərtibi yanvarın 31-dək yekunlaşmalıdır. Əvvəlcə, təşkilatın rəhbəri qrafikin hazırlanması üçün əmr imzalamalıdır. Əmrin nümunəvi formasını təqdim edirik:

Blank “Alov” MMC

ƏMR

№________

Bərdə şəhəri ____ ___________________2019-cu il

Əmək məzuniyyətlərinin növbəlilik qrafikinin hazırlanması haqqında

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133-cü maddəsinin tələblərinin təmin edilməsi, “Alov” MMC-də 2019-cu il üçün əmək məzuniyyətlərinin verilməsi qrafikinin tərtibi və təsdiqi məqsədilə

ƏMR EDİRƏM:

Cəmiyyətin stuktur bölmələrinin rəhbərləri 15 yanvar 2019-cu il tarixindən gec olmayaraq Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Səmədağa qızına 2019-cu il üzrə əmək məzuniyyətlərinin növbəlilik qrafikinin layihəsinin tərtibi üçün lazımi məlumatı təqdim etsinlər. Məlumatın hazırlanması zamanı aşağıdakılar mütləq nəzərə alınmalıdır:
- Əmək məzuniyyəti hüququ olan işçilərin məzuniyyət vaxtı ilə bağlı istəkləri;

- Əsas məzuniyyətinin hissələrə bölünərək (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmamalıdır) verilməsi ilə bağlı işçilərin arzuları;

- Əvəzçilik qaydasında işləyənlərin əsas iş yerində məzuniyyət dövrü.

Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Səmədağa qızı əmək məzuniyyətlərinin növbəlilik qrafikinin layihəsini hazırlayaraq müvafiq şöbələrin razılığını və “Alov” MMC-nin ilk həmkarlar ittifaqı təşkilatının müsbət rəyini aldıqdan sonra 31 yanvar 2019-cu il tarixindən gec olmayaraq təsdiq üçün təqdim etsin.
Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Səmədağa qızı əmri aşağıdakı şəxslərin diqqətinə çatdırsın:
- Baş mühasib Səlimova Sultanə Samir qızı;

- Satış şöbəsinin müdiri Əliyev Səməd Şamil oğlu;

- Təchizat şöbəsinin müdiri Qafarov Qasım Qara oğlu.

...

...

Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Səmədağa qızına həvalə olunsun.
Direktor ________ Nəbili N.N.

Əmrlə tanış oldum:

Baş mühasib ___________Səlimova S.S.

Tarix: _____ _____________

Satış şöbəsinin müdiri ______________Əliyev S.Ş.

Tarix: _____ _____________

Təchizat şöbəsinin müdiri _____________Qafarov Q.Q.

Tarix: _____ _____________

...

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq
  • İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?
    İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?
    27-fev-2026 | Bloq
  • Əməkhaqqından tutulan alimentin hesablanması və ödənilməsi qaydası - MİSALLAR
    Əməkhaqqından tutulan alimentin hesablanması və ödənilməsi qaydası - MİSALLAR
    26-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech