logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçi ilk iş ilində 6 aydan az işləsə, ona əmək məzuniyyəti verilə bilər?

  • Bloq
  • 08-avq-2024, 09:37
  • 134
İşçi ilk iş ilində 6 aydan az işləsə, ona əmək məzuniyyəti verilə bilər?

İşçi ilk iş ilində 6 aydan az işləsə, ona əmək məzuniyyəti verilə bilər?


Təcrübədə rast gəlinən hallardan biri də 6 aydan az işləyən işçiyə işəgötürən tərəfindən məzuniyyət hüququndan istifadə imkanının yaradılmasıdır. İşəgötürənin bu addımı əmək qanunvericiliyinin tələblərinin pozulmasıdır?

Əmək Məcəlləsinin 131-ci maddəsinin birinci hissəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
Əmək Məcəlləsində əmək məzuniyyəti ilə bağlı 6 aylıq müddətin müəyyən olumasında məqsəd işəgötürəni gələcəkdə ödənişlə bağlı yaranan risklərdən qorumaqdır. Qanunvericilik işəgötürənə ən azı 6 aylıq müddət verir ki, həmin müddət bitdikdən sonra işçinin iş ilinin sonuna qədər işləməsini müəyyən edə bilsin. Misal üçün, işəgötürən işçiyə ilk iki aydan sonra 30 günlük əmək məzuniyyəti verir və işçi dördüncü ayda işdən çıxmaq haqqında qərar verdikdə, ödənilən məzuniyyət haqqının bir hissəsinin geri alınmasında problemlər yaranır.
İşəgötürən maliyyə riskini öz üzərinə götürərək, işçiyə 2 aydan sonra uzunmüddətli əmək məzuniyyəti verirsə, artıq bu hal işəgötürən tərəfindən işçilərin əmək şəraitinin yaxşılaşdırılması kimi qəbul edilməlidir. Qeyd edək ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin üçüncü hissəsinə əsasən, kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər.
Əmək şəraiti normalarının yaxşılaşdırılması zamanı bir məsələni xüsusilə diqqətdə saxlamaq lazımdır ki, işçilər arasında ayrı-seçkiliyə yol verilməsin. Əgər işəgötürən bir işçinin il ilk işində 6 aydan tez müddətdə əmək məzuniyyətindən istifadəsinə imkan yaradırsa, digər işçilərə də eyni yanaşma olmalıdır. Həmkarlarımıza məsləhət görürük ki, müəssisədə hansısa bir işçinin ilk iş ilində 6 aydan tez əmək məzuniyyətindən istifadə halı varsa, işəgötürən bütün və ya müəyyən kateqoriyalı işçilər üçün bu əlçatanlığı mütləq təmin etməlidir.
Təbii ki, Əmək Məcəlləsinin 131-ci maddəsinin dördüncü maddəsində nəzərdə tutulan işçilər və ya hallar (on səkkiz yaşına çatmamış işçilər, qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra və s.) üçün qanunvericilik bu tip əmək şəraitinin yaxşılaşdırılması hallarında icazə verir. Ona görə də kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində belə işçilər və hallar üzrə əmək şəraitinin yaxşılaşdırılması üçün normalar müəyyənləşdirməyə ehtiyac yoxdur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    21-may-2026 | Bloq
  • Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    21-may-2026 | Bloq
  • Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    20-may-2026 | Bloq
  • Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir
    Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir
    20-may-2026 | Bloq
  • Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    19-may-2026 | Bloq
  • Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi
    Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi
    19-may-2026 | Bloq
  • Müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblər qoyulur
    Müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblər qoyulur
    18-may-2026 | Bloq
  • Taksi fəaliyyəti ilə məşğul olan VÖEN sahibi kuryer fəaliyyətinə başladıqda vergitutma necə olacaq?
    Taksi fəaliyyəti ilə məşğul olan VÖEN sahibi kuryer fəaliyyətinə başladıqda vergitutma necə olacaq?
    18-may-2026 | Bloq
  • Fərdi sahibkarlar üçün nəzərdə tutulan 75%-lik vergi güzəştinin tətbiqi şərtləri hansılardır?
    Fərdi sahibkarlar üçün nəzərdə tutulan 75%-lik vergi güzəştinin tətbiqi şərtləri hansılardır?
    18-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech