logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Minimum əmək haqqı ilə bağlı nəzərə alınacaq

  • Bloq
  • 30-sen-2024, 10:18
  • 81
Minimum əmək haqqı ilə bağlı nəzərə alınacaq məqamlar

Minimum əmək haqqı ilə bağlı nəzərə alınacaq


Əmək haqqının maksimum həddi müəyyənləşməsə də, minimum məbləği müəyyən edilib. Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən, minimum əmək haqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Həmin maddənin üçüncü hissəsində qeyd edilir ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
Qeyd edək ki, minimum əmək haqqı 1 yanvar 2023cü il tarixdən etibarən 345 manat müəyyən edilib. İndi isə əmək qanunvericiliyinə əsasən, minimum əmək haqqı ilə ilə bağlı vacib məqamları nəzərdən keçirək:

Birinci məqam. Minimum əmək haqqı yalnız ixtisassız işçilərə verilə bilər.
Misal üçün, işəgötürən tərəfindən aylıq iş normasını işləyən mühasibə 345 manat əmək haqqı müəyyən edilməsi məqsədəuyğun hesab edilmir. Çünki mühasib vəzifəsiz və ixtisassız əməyin sıyahısına aid edilmir. Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış məşğulluq təsnifatına əsasən, “ixtisassız işçilər” təsnifatının açıqlaması aşağıdakı kimidir:
“O peşələr daxil edilir ki, onlarda əl alətlərindən istifadə etməklə əsas etibarilə sadə təkrar olunan, bəzən xeyli fiziki qüvvə tələb edən, kiçik müstəsnalıqla, məhdud sərbəstliklə vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bilik və təcrübənin olması tələb olunur. Başlıca vəzifələr malların küçələrdə satılmasından, qapıçı və gözətçi funksiyalarının yerinə yetirilməsindən, habelə təmizləmədən, paltar yumaqdan, ütüləməkdən, hasilat sənayesində, kənd təsərrüfatında, balıq tutulmasında, tikintidə və ya sənət emalatxanalarında qeyri-ixtisas işlərinin yerinə yetirilməsindən ibarətdir.”
Nümunə kimi satıcı, gözətçi, kuryer və ya qeydiyyatçı kimi vəzifələri göstərmək olar.

İkinci məqam. Aylıq iş vaxtı normasını işləmiş işçilər minimum əmək haqqından az əmək haqqı ala bilməz.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər ilin sonunda növbəti il üçün istehsalat təqvimi və iş norması vaxtını təsdiqləyir. Misal üçün, 2023-cü ilin fevral ayı üzrə iş norması 160 saat müəyyən edilib. İşəgötürənin “ixsisasız işçi” kateqoriyasına aid edilən işçi ilə bağladığı əmək müqaviləsinə uyğun olaraq, o, 80 saat işləsə və aylıq əmək haqqı 200 manat təşkil etsə, bu, qanun pozuntusu hesab olunmayacaq. Çünki işçi iş vaxtı normasını tam yerinə yetirməyib və iş normasına əsasən müəyyən edilən əmək haqqı işlənilmiş iş vaxtı normasından yüksəkdir. 160 saata uyğun minimum əmək haqqı 345 manat, 80 saata düşən əmək haqqı isə 172,50 manat təşki etdiyi halda işçiyə aylıq 200 manat əmək haqqı hesablanıb.

Üçüncü məqam. Minimum əmək haqqı müəyyənləşdirilərkən digər gəlirlər nəzərə alınmır.
Aylıq iş vaxtı normasını yerinə yetirən işçinin əmək haqqı 300 manat olsa da, əmək haqqına aylıq 40 manat əlavə və 30 manat mükafat hesablanır. İşçinin yekun əmək haqqı 370 manat təşkil edir. Bu məbləğ minimum əmək haqqıdan yüksək olsa da, bu cür hesablama qanunvericiliyin tələbinə ziddir. Çünki Əmək Məcəlləsinin 155-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    05-iyn-2025 | Bloq
  • Vergi ödəyicilərinin nəzərinə!
    Vergi ödəyicilərinin nəzərinə!
    05-iyn-2025 | Bloq
  • İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında yeni qərar
    İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında yeni qərar
    04-iyn-2025 | Bloq
  • Dərmanların topdansatışına dair yeni qayda müəyyənləşib
    Dərmanların topdansatışına dair yeni qayda müəyyənləşib
    04-iyn-2025 | Bloq
  • Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?
    Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?
    04-iyn-2025 | Bloq
  • Təsərrüfat subyektlərinin vergi uçotu və azadolmaların qanuni əsasları
    Təsərrüfat subyektlərinin vergi uçotu və azadolmaların qanuni əsasları
    03-iyn-2025 | Bloq
  • Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?
    Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?
    03-iyn-2025 | Bloq
  • Sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxslər üçün vergi qaydaları
    Sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxslər üçün vergi qaydaları
    02-iyn-2025 | Bloq
  • İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə
    İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə
    02-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]