logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyicisi vətəndaşa mal satdıqda elektron qaimə-faktura təqdim etməlidir?

  • Bloq
  • 10-dek-2021, 14:32
  • 186
Vergi ödəyicisi vətəndaşa mal satdıqda elektron qaimə-faktura təqdim etməlidir?
Elektron qaimə-fakturanın tətbiq olunmadığı bir hal da vətəndaşlara göstərilən iş (xidmət) və ya satılan mallarla bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən, vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcıya pərakəndə qaydada mal (iş, xidmət) təqdim edildikdə, ona qəbz və ya çek verilir. Təbii ki, vətəndaş vergi ödəyicisi olmadığı üçün, elektron qutusu da yoxdur. O səbəbdən də, elektron qaimə-fakturanın göndərilməsi mümkün deyil.

Burada belə bir sual yaranır ki, kağız qaimə-faktura ləğv olunduğundan vətəndaşlara göstərilən xidmət və malların satışı necə rəsmiləşdirilməlidir?

Mİsal. Dərzi xidməti göstərən müəssisə vergi ödəyicisi ilə yanaşı, vətəndaşa da xidmət göstərir. Vətəndaş dərziyə göstərdiyi xidmətin müqabilində 200 manatlıq ödəniş edir. Vergi ödəyicisi dərzi də ödənişin təyinatını qeyd etməklə, vətəndaşa mədaxil qəbzi təqdim edir.

2-ci hal da mümkündür ki, pərakəndə ticarət zamanı vətəndaş mağazadan paltar alır. Təbii ki, vergi ödəyicisinin əlində paltar almasını təsdiq edən əsas olmalıdır. Vətəndaşa ödəniş zamanı nəzarət-kassa aparatının çeki təqdim ediləcək. Təəssüf ki, hazırda bəzi sahibkarlıq subyektlərinin təqdim etdiyi çekdə bütün lazımi məlumatlar olmur. Real vaxt rejimində çalışan nəzarət-kassa aparatları çeklərində isə alıcıya lazım olacaq bütün məlumatlar öz əksini tapır. Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə əsasən nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatların olması mütləqdir:

- vergi ödəyicisinin adı;

- VÖEN-i;

- Çekin vurulmasının tarixi və saatı;

- təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;

- Malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);

- Gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;

- Nəzarət-kassa aparatının markası və zavod nömrəsi.

- Nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).

- Malın sürətli məlumat kodu (Quick Response Code);

- Ödənilmiş məbləğ;

- Müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);

- Nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);

- Ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);

- Çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);

- Nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;

- Geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq
  • Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    29-okt-2025 | Bloq
  • Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    29-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech