logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Parlament Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə düzəliş edəcək

  • Bloq
  • 13-dek-2021, 15:40
  • 187
Parlament Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə düzəliş edəcək
Xəbər verdiyimiz kimi, 1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində dəyişikliklər nəzərdə tutan qanun layihəsi Milli Məclisdə I oxunuşdadır. Qanun layihəsi ilə bağlı parlament müzakirələrində bəzi təklif səsləndirilib, bu barədə həmkarlarımıza kifayət məlumat vermişik.

AZECONSULTİNG.az saytıın əldə etdiyi məlumat əsasən, belə təkliflərin biri də, vergi ödəyicilərinin vergi orqanına təqdim edəciyi məlumat forması ilə bağlıdır. Qanun layihəsində nəzərdə tutulur ki,vergi ödəyicisinin vəzifəsinə idxal edəcəyi mallar haqqında vergi orqanına məlumat vermək vəzifəsi də əlavə olunsun. Bu dəyişiklik təklifi ilə bağlı vergi ödəyicilərinin narazılığı ondan ibarətdir ki, gömrük komitəsinə qısa idxal bəyannaməsi verən şəxslər təkrar olaraq niyə vergi orqanına idxalla bağlı məlumat təqdim etməlidir.

Qanun layihəsində yazılır: “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (İqtisadiyyat Nazirliyi)tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək qeydiyyatda olduğu vergi orqanına vermək vəzifəsi müəyyən edilmişdir:

- mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;

- mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə.”

Sevindirici haldır ki, layihədəki dəyişikliyə parlamanetdə aşağıdakı şəkildə düzəliş olunması təklif edilir: “Vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar həmin vergi ödəyicisinin vergi orqanında uçota alınmış təsərrüfat subyektinə (obyektinə) boşaldılacağı halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir.”

Bu da o deməkdir ki, vergi ödəyicisi idxal edəcəyi malları vergi orqanında uçota alınmış təsərrüfat subyektinə (obyektinə) boşaldacağı halda qanun layihəsində təklif olunan yeni məlumat formasını vergi orqanına təqdim etməyəcək.

Bundan əlavə, Dövlət Gömrük Komitəsinin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri üzərinə də idxalla bağlı məlumatları vergi orqanına təqdim etmək vəzifəsi qoyulmayacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech