logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyicilərinin uçotu ilə bağlı 4 mümkün halın MİSALLARLA izahı

  • Bloq
  • 16-dek-2021, 14:04
  • 113
Vergi ödəyicilərinin uçotu ilə bağlı 4 mümkün halın MİSALLARLA izahı
Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.

Maddədən göründüyü kimi, ünvan üzrə qeydiyyatlar aşağıdakı formada fərqlənir:

Cədvəldə qeyd edilənləri nümünələrlə izah etməyə çalışaq.

Mİsal 1. Hüquqi şəxsin vergi uçotuna alınmaq üçün təqdim etdiyi ərizədə təsisçinin qeydiyyatda olduğu ünvanla hüquqi ünvan fərqlidir. Hüquqi ünvanın mülkiyyətçisi tərəfindən təqdim edilən ərizədə mülkiyyətində olan ünvanda yerləşən yaşayış sahəsininin hüquqi şəxs üçün hüquqi ünvan kimi istifadə edilməsinə razılıq verməlidir. Bundan sonra, vergi orqanı hüquqi şəxsin reyestr məlumatlarında həmin ünvanı hüquqi ünvan kimi qeyd edəcək.

Mİsal 2.Təcrübədə mümkündür ki, bəzi qeyri-rezidentlərdən ödəmə mənbəyində verginin tutulması mümkün olmasın. Qeyri-rezident şəxs rezident hüquqi şəxsdə olan payının satışını həyata keçirir. Bu halda qeyri-rezident gəlirin əldə edildiyi yerdə qeydiyyata alınmalıdır.

Mİsal 3. Fiziki şəxs olan fərdi sahibkarlar isə artıq şəxsiyyət vəsiqəsində qeyd edildiyi qeydiyyat ünvanında qeydiyyata alınmalıdır. Əgər fiziki şəxsin yaşadığı yerlə qeydiyyat ünvanı fərqlənirsə, o halda yaşadığı ünvan üzrə mənzil-kommunal istismar idarəsindən aldığı sənədi təqdim etməklə vergi uçotuna dura bilər. Fərdi sahibkarlardan əlavə, qeyd edilən Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslərə misal kimi qeyri-sahibkarlıq (mənzilləri kirayə verən və s.) fəaliyyətindən gəlir edən fiziki şəxsləri göstərmək olar.

Mİsal 4.“Notariat haqqında” AR Qanununun 24-cü maddəsində qeyd edilir ki, Ədliyyə Nazirliyinin müvafiq qurumu xüsusi notariusa qeydiyyat vəsiqəsinin verilməsindən dərhal sonra onun iş yeri üzrə vergi orqanlarına bu barədə müvafiq məlumat verməlidir. Qanundan göründüyü kimi, xüsusi notariusun yaşadığı yox, fəaliyyət göstərdiyi ünvan vergi uçotu üşün əsas hesab edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech