logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Fiziki şəxslər əmlaklarını vergi ödəyicisi olmayan şəxslərə icarəyə verdikdə yaranan vergi öhdəliyi

  • Bloq
  • 25-noy-2024, 10:14
  • 55
Fiziki şəxslər əmlaklarını vergi ödəyicisi olmayan şəxslərə icarəyə verdikdə yaranan vergi öhdəliyi

Fiziki şəxslər əmlaklarını vergi ödəyicisi olmayan şəxslərə icarəyə verdikdə yaranan vergi öhdəliyi


Təcrübədə fiziki şəxslərin öz evlərini, villalarını, digər əmlaklarını vergi ödəyicisi olan və ya olmayan şəxslərə icarəyə verdiklərinin şahidi oluruq. Bu zaman onların hansı vergi öhdəlikləri yaranır? Sualına vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir.

Fiziki şəxslər öz evlərini, digər əmlaklarını vergi ödəyicisi olan və ya olmayan şəxslərə icarəyə verdikdə aşağıda göstərilən vergi öhdəlikləri yaranacaq:

1-ci hal: Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır. İcarə müqaviləsində qeyd olunan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait icarəyə verən şəxsə ödənilməlidir.

Misal 1: Fiziki şəxs Vəliyev Zəfər öz qeyri-yaşayış obyektini “BY” MMC-yə aylıq 2.000 manata icarəyə verib. Yəni, müqavilədə göstərilən məbləğ 2.000 manatdır. “BY” MMC şəxsə ödəniş edən zaman həmin məbləğdən 280 manat vergi tutacaq və icarəçiyə 1.720 manat ödəniş edəcək.

2000 x 14% = 280 manat;
2000 – 280 = 1720 manat.

2-ci hal: İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalıdır. Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Misal 2: Şəxs Qəbələdə olan villasını vergi ödəyicisi olmayan şəxslərə günlük icarəyə verməklə məşğuldur. İl ərzində o icarədən 80.000 manat gəlir əldə edib. Bu zaman şəxsin illik gəlir vergisi 11.200 manat təşkil edəcək:
80000 x 14% = 11200 manat.

Qeyd edək ki, bu halda həmin şəxsə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    07-apr-2026 | Bloq
  • Bir sıra normativ sənədlər təsdiq edilib
    Bir sıra normativ sənədlər təsdiq edilib
    07-apr-2026 | Bloq
  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech