logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Mənzil xərclərinin gəlirdən çıxılması ilə bağlı 2 tələb hansıdır?

  • Bloq
  • 05-fev-2025, 09:51
  • 46
Mənzil xərclərinin gəlirdən çıxılması ilə bağlı 2 tələb hansıdır?

Mənzil xərclərinin gəlirdən çıxılması ilə bağlı 2 tələb hansıdır?


Nazirlər Kabinetinin 492 saylı qərarına əsasən, işçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır.
Maddənin tələblərindən göründüyü kimi, mənzil xərci üçün iki limit müəyyən edilib:

- çəkilmiş mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi;
- əldə edilmiş illik gəlirin 1 faizindən çox olmaması şərtilə.

Misal 1. İşəgötürən 3000 manat əmək haqqı alan işçiyə aylıq 600 manat məbləğində kirayə xərci ödəyir. 1 yanvar 2024-cü il tarixə qədər işəgötürən tərəfindən gəlir vergisinin hesablanması 3 600 manat (3 000 manat (əmək haqqı) + 600 manat (kirayə haqqı)) üzərindən həyata keçirilirdi. Nazirlər Kabinetinin qərarında işçiyə nağdsız formada ödənilən kirayə xərcinin 50 faizi norma daxilində müəyyən edildiyi üçün işçinin aylıq gəliri 3 600 manat yox, 3 300 manat (3 000 manat (əmək haqqı) + 600 manat x 50 faiz (şərti norma)) müəyyən ediləcək. Həmçinin, aylıq 300 manat (600 manat (mənzil xərci) x 50 faiz) məbləğində xərcin gəlirdən çıxılmasına icazə veriləcək.

Misal 2. Vergi ödəyicisi işçi üçün aylıq ödənişi 10 000 manat olan mənzil kirayə edir. Vergi ödəyicinin illik gəliri 2 000 000 manatdır. İşəgötürənin 12 ay ərzində işçiyə görə ödədiyi və gəlirdən çıxılmasına icazə verilən mənzil xərci 60 000 manat (10 000 manat (aylıq kirayə haqqı) x 12 ay x 50 faiz) təşkil edir. Vergi ödəyicisinin ilik gəlirinin bir faizi 20 000 manatdır: 2 milyon manat (illik gəlir) x 1 faiz (Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən faiz). Bu zaman vergi ödəyicisi gəlirdən çıxılan xərc kimi 60 000 manatı yox, 20 000 manatı qeyd etməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq
  • İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət gəlirlərinə vergi güzəşti tətbiqi
    İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət gəlirlərinə vergi güzəşti tətbiqi
    01-apr-2026 | Bloq
  • Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    31-mar-2026 | Bloq
  • Bir sıra ərizə formaları yenilənib
    Bir sıra ərizə formaları yenilənib
    31-mar-2026 | Bloq
  • Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    19-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech