logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi borcu hansı hallarda yarana bilər?

  • Bloq
  • 20-dek-2021, 17:33
  • 157
Vergi borcu hansı hallarda yarana bilər?
Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Vergi Məcəlləsinin 65-ci maddəsi vergilər üzrə borcların alınması qaydasını tənzimləyir. Bu maddədə əsasən bank hesabları üzrə vergi borcunun alınması prosesi tənzimlənir. Vergi ödəyicisinin borcu iki halda yarana bilər:

- vergi ödəyicisi bəyan etdiyi halda

Mİsal 1. Vergi ödəyicisi 2020-ci ilin 3-cü rübü Sadələşdirilmiş vergi bəyannaməsi üzrə 320 manat vergi öhdəliyinin yarandığını bəyan edir.

Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisinin vergi öhdəliyi üzrə məbləğdən artıq ödəməsi olmadığı halda, 21 oktyabr 2021-ci il tarixdən vergi borcunun ödəmə müddəti keçmiş hesab edilir.

Mİsal 2. Vergi ödəyicisi 2020-ci ilin dekabr ayında 2020-ci ilin 2-cü rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”nin dəqiqləşdirimiş hesabatını təqdim edir. Bu halda vergi ödəyicisinin ödənilməmiş vergi borcu və faizlərinin yaranması ehtimalı var.

Mİsal 3. Vergi ödəyicisinin 2019-cu il də gəlir (mənfəət) vergisi 22000 manat təşkil edib.Vergi ödəyicisi 151.1-ci maddəni seçdiyi üçün 2020-ci ilin 4 rübü üzrə 5500 manat (22000 manat / 4) cari vergi ödəməsini həyata keçirəcək.

Vergi ödəyicisi 2020-ci ilin 2, 3 və 4-cü rübü üzrə hər hansı məlumat verməsə belə, vergi orqanı tərəfindən vergi ödəyicisinin cari vergi öhdəliyi şəxsi hesab vərəqəsinə işləniləcək. Amma bu halda vergi ödəyicisi tərəfindən bəyan edilmiş vergi öhdəliyi hesablanır.

- Vergi orqanı tərəfindən hesablandığı halda

Mİsal 1. Vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi hesabat və ya əlaqəli məlumatlar əsasında kameral vergi yoxlaması nəticəsində 280 manat məbləğində əlavə vergi hesablayıb.

Mİsal 2. Vergi orqanı operativ vergi nəzarəti nəticəsində vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura olmadığına görə 2300 manat məbləğində maliyyə sanksiyası hesablayıb.

Vergi orqanı vergi ödəyicisinin vaxtı keçmiş vergi borcu, gecikmə günlərinə görə faiz və ya vergi qanunverciliylinin pozulmasına göə maliyyə sanksiyası yarandıqda, həmin borcların 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech