logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyicisi işçisinə istehsal etdiyi malı hədiyyə verdiyi halda gəlir vergisi hesablanır?

  • Bloq
  • 20-dek-2021, 17:37
  • 141
Vergi ödəyicisi işçisinə istehsal etdiyi malı hədiyyə verdiyi halda gəlir vergisi hesablanır?
Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir.

Mİsal. Vergi ödəyicisi öz işçisinə 1500 manatlıq mal hədiyyə verib. Həmin məbləğ gəlir vergisinə cəlb edilir, amma Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, fiziki şəxsə verilən hədiyyələrin 1000 manata qədər olan hissəsi gəlir vergisindən azad olunduğu üçün həmin məbləğin 500 manatı (1500 manat – 1000 manat) fiziki şəxsin gəlir vergisinə aid ediləcək.

Bir məsələni də qeyd edək ki, işəgötürənin ödəməli olduğu aksiz, əlavə dəyər vergisi və hər hansı digər vergilər də hədiyyə edilən malın dəyərinə daxil olunur.

Mİsal. Vergi ödəyicisi öz istehsalı olan, bazar qiyməti (ƏDV-siz) 400 manat dəyərində qiymətləndirilən kompüteri öz işçisinə hədiyyə edir. 18 faizlik ƏDV-ni nəzərə alsaq, malın dəyəri 472 manat (400 manat + 400 manat x 18%) təşkil edəcək. Bu halda icbari ödənişlərin tutulması üçün işçinin əmək haqqına 400 manat yox, 472 manat (400 manat + 400 manat x 18%)) əlavə olunacaq.

Mİsal. Dəftərxana ləvazimatı mallarının satışını həyata keçirən vergi ödəyicisi 100 manatlıq çantanı işçisinə 60 manata təqdim edir. Bu zaman aradakı fərq - 40 manat (100-60) işçinin gəliri hesab edildiyindən əmək haqqının üzərinə əlavə olunmalıdır. İşçinin əmək haqqı 200 manatdırsa, o zaman icbari ödənişlərə cəlb olunacaq məbləğ 240 manat olacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech