logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Analıq məzuniyyətlə bağlı komissiyasının iclası necə protokollaşdırılmalıdır?

  • Bloq
  • 21-dek-2021, 17:14
  • 230
Analıq məzuniyyətlə bağlı komissiyasının iclası necə protokollaşdırılmalıdır?

Xəstəlik vərəqəsi iki hissədən ibarətdir. Vərəqənin ön tərəfi səhiyyə müəssisəsi tərəfindən doldurulur. Arxa tərəfi isə işçinin işlədiyi təşkilat tərəfindən tərtib olunur. Vərəqənin arxa tərəfi özü də bir neçə hissədən ibarətdir. Onun bir hissəsini tabel uçotunu aparan işçi, bir hissəsini kadrlarla iş şöbəsi, bir hissəsini müavinət komissiyası, bir hissəsini isə mühasib doldurur və imzalayır. Vərəqənin arxa hissəsinə müəssisənin adı, işçinin vəzifəsi, əmək müqaviləsinin forması, hansı ildən hansı ilədək işləməsi, ümumi əmək stajı, protokolun nömrəsi, müavinətin növü, əmək haqqı barədə məlumatlar və digər rekvizitlər işlənilir.

Müavinət komissiyasının iclasında baxılmaq üçün işçi hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmaq və müavinət almaq barədə ərizə yazmalı, xəstəlik vərəqəsini ərizəyə əlavə etməlidir. Belə ərizənin nümunəvi formasını “Məzuniyyətlər” bölməsində təqdim etmişik. Əvvəlcə Müavinət komissiyasının iclasının protokolunun nümunəvi formasına baxaq, sonra əmri nəzərdən keçirərik.

«Alov» MMC-nin

Müavinət komissiyasının iclasının

PROTOKOLU № _____

Saatlı şəhəri ____ ____________2019-cu il

İştirak edirdilər:

Əliyev Adil Camal oğlu (komissiyanın sədri)
Qalabəyov Əlimərdan Həsən oğlu (komissiyanın üzvü)
Məmmədov Kamil Amil oğlu (komissiyanın üzvü)
İclasın gündəliyi: Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızına hamiləlik və doğumla bağlı müavinətin ödənilməsi məsələsi

Eşidildi: Komissiyanın sədri Əliyev Adil Camal oğlu bildirdi ki, Quliyeva Əsmər Qadir qızı 2018-ci ilin fevralından “Alov” MMC-də Kadrlarla iş şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. Təkcə “Alov” MMC-də sosila sığorta stajı 6 aydan çoxdur. Komissiyanın sədri qeyd etdi ki, işçi 27 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin tələblərinə uyğun tərtib olunmuş hamiləlik və doğumla bağlı xəstəlik vərəqəsi təqdim edib. Sənədə uyğun olaraq onun sosial məzuniyyəti 126 gün olmalıdır.

Komissiyanın üzvü Qalabəyov Əlimərdan Həsən oğlu söz alaraq bildirdi ki, Quliyeva Əsmər Qadir qızının sənədlərinin hazırlanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə təqdim etmək üçün heç bir hüquqi maneə yoxdur.

Komissiyanın digər üzvü Məmmədov Kamil Amil oğlu xəstəlik vərəqəsinin arxa hissəsinin müvafiq şöbələr tərəfindən doldurulması və mühasibatlıq tərəfindən işçinin sosial müavinətinin məbləğinin hesablanmasının vacibliyini vurğuladı.



Qərara alındı:

Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızının təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən sığortaolunanın 126 (bir yüz iyirmi altı) günlük hamiləliyə və doğuşa görə sosial məzuniyyətə çıxmaq və sosial sığorta ödənişləri hesabına müavinət almaq hüququ var.

Komissiyanın sədri: ___________ Əliyev Adil Camal oğlu

Komissiyanın üzvü: ___________Qalabəyov Əlimərdan Həsən oğlu

Komissiyanın üzvü: ___________Məmmədov Kamil Amil oğlu

———————————————————————————

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq
  • Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    29-okt-2025 | Bloq
  • Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    29-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech