logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Aksiz dərəcələri ilə bağlı dəyişikliklər

  • Bloq
  • 22-dek-2021, 16:54
  • 181
Aksiz dərəcələri ilə bağlı dəyişikliklər


Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırılmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri bəzi aksizli malların aksiz dərəcələrinin artırılması və aksizli malların siyahısına yeni məhsulların əlavə edilməsi ilə bağlıdır.

Məlum olduğu kimi, beynəlxalq təşkilatların tövsiyyələri nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət çərçivəsində mərhələli şəkildə aksiz dərəcələrinin artırılması və optimallaşdırılması həyata keçirilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının tütün məhsullarına tətbiq edilən aksiz dərəcələri barədə dərc edilmiş məlumatlarına əsasən, ümumilikdə dünya miqyasında siqaretə tətbiq edilən vergilər ortalama pərakəndə satış qiymətinin təxminən 50%-ni təşkil edir.

Vergi Məcəlləsinə son dəyişikliklərdə aksiz dərəcələrinin artırılması zamanı beynəlxalq təşkilatların tövsiyyələri, istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları və bu artımın sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi amilləri nəzərə alınıb.

Dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən Azərbaycan Respublikasında istehsal olunan içməli spirtin, arağın (vodka), tündləşdirilmiş içkilərin və tündləşdirilmiş içki materiallarının, likyorun və likyor məmulatlarının, konyak və konyak materiallarının hər litrinə aksiz dərəcəsi 3,2 manatdan 4 manata, tütündən hazırlanan siqaretlər və əvəzedicilərinin 1000 ədədinə 35,0 manatdan 38,5 manata, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə 12,9 manatdan 14 manata qaldırılıb. Eyni zamanda, növbəti ildən etibarən, qəlyan üçün tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilib. Aksizli malların siyahısına əlavə edilmiş qəlyan üçün tütün əvəzləyicilərinin hər kiloqramına 30 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Vergi Məcəlləsinə edilmiş növbəti dəyişikliyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərində 1,2, dizel mühərrikli minik avtomobillərində isə 1,5 yüksəldici əmsalın tətbiqi nəzərdə tutulub.

Bu dəyişikliyin məqsədi ölkədə avtomobil parkının yenilənməsinin stimullaşdırılması və ekologiyaya mənfi təsir edən avtomobillərin gətirilməsinin məhdudlaşdırılmasıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.3.3.2-ci yarımbəndi ilə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən, "təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi" növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına beş Milli Prioritetdən biri kimi təsdiq edilib.

Bu səbəbdən idxal edilən və istehsal tarixi 7 ildən artıq olan minik avtomobillərinə münasibətdə hesablanmış aksiz məbləğinə yüksəldici əmsalların tətbiqi ilə yanaşı, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışı, habelə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı ƏDV-dən azad edilib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ölkəyə idxal edilən nəqliyyat vasitələrinin 90 faizi mühərrik həcmi 2000 kubsantimetr həcmli olan nəqliyyat vasitələridir. Nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq olunan aksiz dərəcələrinin artımı isə mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə şamil edilir. Nəticədə bu dəyişikliyin əhalinin sosial cəhətdən həssas hissəsinə təsirləri gözlənilmir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq
  • Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    Hüquqi şəxslərin əmlak vergisi və hesabat qaydaları
    29-okt-2025 | Bloq
  • Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    Şirkət açmaq istəyənlər üçün 3 vacib qayda
    29-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech