logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

AZE Consulting rebrendinq - Elan edir

  • Bloq
  • 23-dek-2021, 14:36
  • 447
AZE Consulting rebrendinq - Elan edir
Dekabrın 20 - i Maliyyə,mühasibatlıq,kadr və vergi məsləhəti xidməti sektorlarında fəaliyyət göstərən AZE Consulting şirkəti yeni korporativ baxışını və strategiyasını əks etdirən rebrendinq kampaniyasının – şirkətin korporativ loqosunun yenilənməsi – tamamladığını elan edib.
Məlumatda bildirilib ki, yeni strategiyaya uyğun olaraq, AZE Consulting müəssisəsi xidmət göstərdiyi sahələr üzrə öz müştəriləri üçün çevik, səmərəli və daha da əhəmiyyətlisi dayanıqlı həll yolları təqdim etməyi hədəf götürəcək. Şirkət rəhbərliyi deyib: “Biz şirkətlərin korporativ işlərinin həyata keçirmələrinə kömək etmək, habelə həllərin bir hissəsi olmaq istəyirik və buna görə də, biz də dəyişirik. Biznes sahiblərinə, şirkətlərə və göstərdiyimiz xidmətlərin davamlılığına daha çox diqqət yetirməklə biz iş dünyasına böyük təsir edən maliyyə və vergi məsələlərinin həllində hərəkətverici qüvvə olmaq istəyirik. Bu, çətin bir yoldur, lakin müştərilərimizin səmərəli və işlərində sərfəli nəticələr əldə etməsinə kömək etmək üçün düzgün komponentlərə – uzaqgörən yanaşmaya, düzgün təcrübəyə, inteqrasiya olunmuş həll yollarına – sahibik". Rəhbərlik sözlərinə əlavə edərək qeyd edib: “Bu rebrendinq və davamlı inkişafa daha diqqətli yanaşmamız AZE Consulting-in biznesin inkişafında və vergi probleminin həllində fəal rol oynamaq ambisiyasını bariz şəkildə nümayiş etdirir.”

AZE Consulting MMC bütün maraqlı tərəfləri üçün çevik və dayanıqlı nəticələr təqdim etmək məqsədilə komanda ilə birlikdə durmadan inkişaf və müxtəlif sektorlara aid şirkətlər ilə əməkdaşlıq etməyə çalışacaq.

Rebrendinq prosesi şirkətin korporativ stilinin, o cümlədən loqo və şüarının tamamilə yenilənməsini əhatə edir. Şirkətin loqosundakı kitab üzərindəki ədalətlilik rəmzi sahibkarı razı salmaqla yanaşı istənilən fəaliyyət növünə aid Vergi ödəyicilərin maliyyə,mühasibatlıq,kadr işlərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun formada idarə etməsini tərənnüm edir. Eyni zamanda loqodakı "AZE" məfhumu milli birliyi və ölkəmizə bağlılığı bildirir. Şirkətin şüarı – AZE Konsaltinq ilə cərimə və sanksiyalara SON! - bu da komandamızın iş sahiblərinə qayğısına, biznesin təhlükəsizliyinə və rifahına, innovativ həllər vasitəsilə davamlı inkişafın təmin edilməsinə söykənir. Bununla da, bizim işimiz həm biznesə, həm də işçi heyyətinin dayanıqlığa olan münasibətini təcəssüm edir. Saytımızın əsas ilk səhifəsində də qeyd olunduğu kimi "Dəyərlərimiz - Şirkətimiz Müştəriləri ilə münasibətlərini etibarlılıq, peşəkarlıq və qarşılıqlı Məmnunluq Dəyərlərinə Əsaslanaraq Qurur." , "Vizyonumuz "AZE Consulting” MMC Olaraq, başlıca vizyonumuz xidmət göstərdiyimiz sahələr üzrə (Muhasibatlıq xidməti, Kadr uçotunun qurulması, Maliyyə hesabatları və s.) yerli və regional səviyyədə aparıcı şirkətlər arasında olmaqdır." , "Missiyamız şirkətimizin əsas missiyası xidmət göstərdiyimiz sahələr Muhasibatlıq xidməti, Kadr uçotunun qurulması, Əməyin mühafizəsi (SƏTƏM), Maliyyə hesabatları, Gömrük (Broker) xidməti, Sahibkarlara hüquqi xidmət və s. üzrə müştərilərimizə daha peşəkarcasına xidmət göstərməkdir.

Qeyd edək ki, ötən 3 il ərzində AZE Konsaltinq xidmətləri hər bir sahibkarın işinin inkişafını təchiz edən biznes modeli, layihələrin əvvəlindən sonunadək lazım olan bütün xidmətləri optimallaşdırmağı və müştərilərə effektiv və səmərəli həll yolları təhvil verməyi təmin edib.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech