logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Mənfəət vergisinin hesablanmasında nələrə diqqət etmək lazımdır?

  • Bloq
  • 12-yan-2022, 22:25
  • 121
Mənfəət vergisinin hesablanmasında nələrə diqqət etmək lazımdır?
Mənfəət vergisinin hesablanmasında diqqət yetirəsi 5 VACİB MƏQAM

Mənfəət vergisinin hesablanması üçün vergitutma obyekti mənfəət hesab edilir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

İqtisadçı ekspert Anar Bayramov “vergiler.az” saytına bildirib ki, Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Maddədən göründüyü kimi, vergi ödəyicisinin bütün gəlirləri, hətta ölkədən kənarda əldə etdiyi gəlirləri də nəzərə alınır.

Xərclərə yanaşma fərqli olduğu üçün, vergi ödəyicisi mənfəət vergisi hesabladıqda aşağıdakı məqamlar nəzərə alınmalıdır.

Birinci məqam: Vergi ödəyicisi mənfəət vergisi hesablayarkən, gəlirdən azad edilən əməliyyatlar üzrə xərcləri nəzərə almamalıdır.

Misal: Həm kənd təsərrüfatı məhsullarının istehsalı, həm də pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi torpaq sahəsinin şumlanması üçün qarşı tərəfə 4200 manat ödəniş edib. Ödəniş zamanı xərclərin uçotu qaydalara uyğun həyata keçirilib, müqavilə imzalanıb, qarşı tərəf elektron qaimə-faktura təqdim edib, işlərin görülməsi aktı imzalanıb və s. Amma həmin xərclər mənfəət vergisindən azad edilən əməliyyatlar kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı olduğu üçün, digər fəaliyyətlə bağlı mənfəət vergisi hesablayarkən gəlirdən çıxılan xərclərə aid edilmir.

İkinci məqam: Vergi ödəyicisinin əyləncə, yemək və digər sosial yönümlü xərclərinin gəlirdən çıxılmasına icazə verilmir.

Misal: Topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi işçiləri üçün illik ziyafətin keçirilməsi məqsədilə 4800 manat vəsaiti qarşı tərəfə ödəyib. Vergi ödəyicisi qarşı tərəflə apardığı əməliyyatın rəsmiləşdirməsini (müqavilə, elektron qaimə-faktura, akt və s.) qaydalara uyğun həyata keçirsə belə, həmin xərclər mənfəət vergisinin hesablanması zamanı nəzərə alına bilməz. Çünki Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Üçüncü məqam: Gəlirdən çıxılmasına icazə verilən bəzi xərclərin xüsusi çəki müəyyən edilməlidir.

Misal: Qeyri-kommersiya təşkilatları əsas işi ilə yanaşı, sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. Qanunvericiliyə müvafiq olaraq qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Bəzi xərclər də var ki, vergi ödəyicisi onu bölüşdürməkdə çətinlik çəkir. Misal üçün, ofisin icarə haqqı və ya kommunal xərci var. Bu halda Vergi Məcəlləsinin 108-ci maddəsinə istinad etmək lazımdır.

Həmin maddəyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Qeyri-kommersiya təşkilatlarının vergidən azad olunan fəaliyyəti üzrə gəliri 80.000 manat, kommersiya fəaliyyəti üzrə gəliri isə 40.000 manat təşkil edib.

Göründüyü kimi, vergidən azad olunan fəaliyyət üzrə və sahibkarlıq fəaliyyət üzrə gəlirin ümumi gəlirdə xüsusi çəkisi müvafiq olaraq 0.67 və 0.33 təşkil edir. Ofisin icarə haqqı 4000 manat olduğu halda 1320 manat (4000 manat (ofisin icarə haqqı) x 0,33 əmsal (sahibkarlıq fəaliyyəti üzrə xüsus çəki) gəlirdən çıxılan xərclərə aid ediləcək.

Dördüncü məqam: Gəlir və xərclərin uçotu qaydasında rəsmiləşdirilməyən xərclər gəlirdən çıxılmaya bilər.

Misal: Vergi ödəyicisi qarşı tərəfdən mal almasına baxmayaraq, qarşı tərəf ona yalnız 1000 manatlıq NKA çekini və ya mədaxil qəbzini təqdim edib. Vergi ödəyicisi tərəfindən qarşı tərəfə elektron qaimə-faktura təqdim edilməyib. Bu halda Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, nəzarət kassa aparatının çeki və ya qəbz malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Bu səbəbdən də, mənfəət hesablanarkən, həmin xərclərin gəlirdən çıxılması mümkün olmayacaq.

Beşinci məqam: Bəzi xərclər var ki, onlar məhdudlaşdırılmaqla gəlirdən çıxılır.

Misal: Vergi ödəyicisinin ilin əvvəlinə qalıq dəyəri 40.000 manat olan nəqliyyat vasitəsi var. Vergi ödəyicisinin əsas vəsaitlər üzrə amortizasiya və ya təmir xərclərinin gəlirdən çıxılması məhdudlaşdırılmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 114.3.3-cü maddəsinə əsasən, vergi ödəyicisi nəqliyyat vasitəsinə 25 faizədək amortizasiya hesablaya bilər. Vergi ödəyicisi illik amortizasiyanı 30 faiz hesablasa belə, gəlirdən çıxılan xərclərin hesablanması zamanı maksimum 25 faiz, yəni 10.000 manat (40.000 (əsas vəsaitin qalıq dəyəri) x 25 faiz (illik amortizasiya norması)) nəzərə alınacaq.

Mümkündür ki, vergi ödəyicisi nəqliyyat vasitəsi üzrə illik amortizasiya normasını 25 faizlə yox, daha aşağı, məsələn 15 faizlə nəzərə alsın. Amortizasiyanı aşağı hesablamaq vergi ödəyicisinin hüququdur, sadəcə gələcəkdə həmin məbləği nəzərə alacaqsa, o halda bəyannamədə qeyd aparmalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq
  • Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    04-iyl-2025 | Bloq
  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq
  • Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    03-iyl-2025 | Bloq
  • İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    02-iyl-2025 | Bloq
  • Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    02-iyl-2025 | Bloq
  • Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    01-iyl-2025 | Bloq
  • Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi
    Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi
    01-iyl-2025 | Bloq
  • ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    30-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]