logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi Məcəlləsinə dəyişikliklər ictimai iaşə sektoruna müsbət təsir göstərəcək

  • Bloq
  • 07-yan-2026, 10:20
  • 38
Vergi Məcəlləsinə dəyişikliklər ictimai iaşə sektoruna müsbət təsir göstərəcək

Vergi Məcəlləsinə dəyişikliklər ictimai iaşə sektoruna müsbət təsir göstərəcək


Son illər Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafında dövlət–özəl sektor tərəfdaşlığının rolu daha da güclənib. Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) sədri Emin Dostiyari vergi sahəsində 2026-cı ildən tətbiq olunmağa başlanan yeniliklərin qida istehsalçılarına necə təsir göstərəcəyini şərh edib.

Vergi Məcəlləsinə dəyişikliklərin ictimai iaşə sektorunda vergi yükünün optimallaşdırılması və nağdsız ödənişlərin stimullaşdırılması baxımından müsbət dəyişikliklər yaradacağı qənaətindədir. O, 3 mühüm üstünlükdən söz açıb.

Beləliklə, ictimai iaşə sektorunda sadələşdirilmiş vergi dərəcəsinin 8%-dən 6%-ə endirilməsi sektor üzrə sadələşdirilmiş vergi ödəyicilərinə birbaşa müsbət təsir edəcək yenilikdir. Dəyişikliklər sayəsində sahibkarların gəlirləri və pul axını yaxşılaşacaq. Aşağı dərəcə və nağdsız stimullar marjanı artıra, bu da özlüyündə avadanlıq yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və yeni iş yerlərinə sərmayə üçün real imkanlar yarada bilər.

Bundan əlavə ƏDV qeydiyyat limitinin 200 min manatdan 400 min manata çatdırılmasının KOB-lar üçün üstünlük yaradacağı bildirilib, əlavə edilib ki, bu dəyişiklik inzibati və uçot yükünün azalmasına və maliyyə likvidliyinin güclənməsinə şərait yaradan əsas amildir. ƏDV qeydiyyatı həddinin 400 min manata qaldırılması sahibkarlara uçot–hesabat yükünü yüngülləşdirməyə və resursları daha çox genişlənməyə yönəltməyə imkan verəcək.

Digər tərəfdən, ictimai iaşə sektorunda POS-terminal vasitəsilə həyata keçirilən nağdsız dövriyyənin 50%-nin ƏDV bazasından çıxılması nağdsız ödənişlərin təşviqinə və faktiki vergi yükünün azalmasına şərait yaradır. POS/CRM ödənişlərinin geniş vüsət alması kölgədə qalan dövriyyəni azalda, real vergi bazasını böyüdə və sağlam rəqabət mühitində satışların artmasına gətirib çıxara bilər. E.Dostiyari vurğulayıb ki, bu yenilik və ictimai iaşədə sadələşdirilmiş verginin 6%-ə endirilməsi xərclərin azalmasına, əməliyyat gəlirliliyinin isə yüksəlməsinə xidmət edəcək. Dəyişikliklər, eyni zamanda, rəqabət və faydalı əməliyyatları da gücləndirir.

Bir sözlə, son dəyişikliklər ictimai iaşə sektorunda vergi yükünü azaltmaqla nağdsız ödəniş infrastrukturunu gücləndirməyə xidmət edir ki, bu da dayanıqlı biznes mühitinin formalaşması üçün vacib amillərdən biridir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech