logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bayram günlərində işləyən işçilərin əməkhaqqının hesablanması

  • Bloq
  • 13-yan-2022, 21:59
  • 227
Bayram günlərində işləyən işçilərin əməkhaqqının hesablanması
Bəzi hallarda növbəli iş remində və ya ümumi halda bayram günlərində işləyən işçilər gündəlik müəyyənləşdirilmiş 8 saatdan çox işləyirlər. Bu zaman əməkhaqqının ödənilməsi ilə bağlı bəzi suallar ortaya çıxır. Mövzunu “vergiler.az”a sərbəst auditor Altay Cəfərov misal vasitəsilə şərh edir.

Misal: Növbəli iş rejmində fəaliyyət göstərməyən “AA” MMC-nin bir işçisi 1 və 2 yanvar tarixlərində işləmişdir. Beşgünlük iş rejimində çalışan bu işçinin aylıq əməkhaqqı 858 manatdır . İşçi 1 yanvar tarixində 6 saat, 2 yanvar tarixində isə 10 saat işləmişdir. Burada iki sual meydana çıxır:

- işçiyə günəvəzi veriləcəkdirsə, onun aylıq əməkhaqqı nə qədər olacaqdır?

- işçiyə günəvəzi verilməyəcəkdirsə, onun aylıq əməkhaqqı nə qədər olacaqdır?

Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, bayram günlərində işləmiş işçiyə gündəlik əməkhaqqının ən azı iki misli məbləğində ödəniş olmalıdır. Amma işçi işlədiyi bayram günlərinin əvəzinə istirahət günü kimi istifadə etmək istəyirsə, bu zaman ona ikiqat əməkhaqqı ödənilmir və o, normal aylıq əməkhaqqı alır.

Misaldan aydın olur ki, yanvar 1-də işçi 6 saat işləmişdir ki, bu da normal gündəlik 8 saat iş vaxtından azdır. Yanvarın 2-də isə o, normal iş vaxtından çox – 10 saat işləmişdir. İlk baxışda belə görünə bilər ki, yanvarın 2-də işlənmiş əlavə 2 saat, iş vaxtından artıq işləməkdir (overtaymdır). Buradan da belə çıxır ki, işçiyə bayram günündə işlədiyinə görə əməkhaqqının 2 misli, eləcə də overtaym işlədiyinə görə əlavə olaraq daha 2 misli (nəticə olaraq 4 misli) məbləğində əməkhaqqı ödənilməlidir.

Lakin Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, işçinin iş vaxtından artıq işləməsi üçün müəyyən olunmuş iş günləri olmalıdır. Bundan əlavə, müəyyən olunmuş iş günlərində də iş vaxtları müəyyənləşdirilməlidir. Həmin iş saatlarından sonra işçi işləyərsə, artıq bu, overtaym sayılır.

İşəgötürən və işçi arasında münasibətlər əmək müqaviləsi ilə tənzimlənir və əmək müqaviləsində işçinin iş günləri və iş saatları müəyyənləşdirilir. Belə olan halda işçi ancaq iş günlərində müəyyənləşdirilmiş iş saatlarından artıq işlədikdə bu, overtaym kimi qəbul olunur.

Bizim misalımızda normal həftəlik iş günləri 1-ci gündən 5-ci günə kimi, gündəlik iş saatları isə 8 saat müəyyənləşdirilmişdir. İstirahət və bayram günləri iş günləri sayılmadığından həmin günlərdə 8 saatdan çox işləyən işçinin işlədiyi saatlar overtaym sayılmır.

Beləliklə, işçinin yanvar ayı üçün əməkhaqqı aşağıdakı kimi olacaqdır:

Nəzərə alaq ki, yanvar ayında 143 saat iş norması vardır, onda bir saatlıq əməkhaqqı 858/143 saat = 6 manatdır. Yanvarın 1-də və 2-də işlənilmiş (6 saat+10 saat) = 16 saatın əməkhaqqı 16x6 manatx2 misli = 192 manat olacaqdır.

Deməli, həmin işçinin yanvar ayı üçün əməkhaqqı (852 + 192) = 1044 manat olacaqdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq
  • Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    04-iyl-2025 | Bloq
  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq
  • Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    03-iyl-2025 | Bloq
  • İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    02-iyl-2025 | Bloq
  • Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    02-iyl-2025 | Bloq
  • Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    01-iyl-2025 | Bloq
  • Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi
    Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi
    01-iyl-2025 | Bloq
  • ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    30-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]