logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Elektron əmək müqaviləsinin bağlanılması ardıcıllığı necə olmalıdır?

  • Bloq
  • 16-yan-2026, 10:28
  • 64
Elektron əmək müqaviləsinin bağlanılması ardıcıllığı necə olmalıdır?

Elektron əmək müqaviləsinin bağlanılması ardıcıllığı necə olmalıdır?


Elektron sənəd formasında bağlanılan əmək müqaviləsi ilə bağlı proseslər ənənəvi qaydada aparılsa da, imzalanma prosesi fərqlidir. Ona görə də həmin prosesin ardıcıllığını mərhələli şəkildə və detallı izah etmək lazımdır. Mövzunu ekspert Anar Bayramov şərh edir.

1) ƏMAS altsistemindəki "Onlayn əmək müqaviləsi" bölməsində "Onlayn əmək müqaviləsi yarat" düyməsini sıxmaq lazımdır və ya ƏMAS altsisteminin ana səhifəsindəki "Onlayn əmək müqaviləsi yarat" bölməsinə daxil olmaqla sürətli keçid etmək mümkündür.

2) İşəgötürən ənənəvi qaydada elektron sənəd formasında bağlanan əmək müqaviləsi üçün müvafiq ştatı seçməlidir və açılan pəncərədə işə qəbul edilən şəxsə məxsus olan FİN kodu, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsini qeyd etməlidir.

3) İşə qəbul ediləcək şəxslə bağlı proses ənənəvi qaydada həyata keçirildikdən sonra elektron əmək müqaviləsinin qeydiyyatı davam etdirilir. Qeyd edək ki, işəgötürən işə qəbul edilən namizədlə bağlı əlaqə vasitələrinin – e-mail və telefon nömrəsinin düzgün qeyd edilməsinə xüsusi diqqət yetirməlidir. Çünki yeni dəyişiklikliyə əsasən, xitam haqqında məlumatlar işəgötürən tərəfindən işçinin elektron poçtuna və SMS-lə telefon nömrəsinə göndərilməlidir.

Bundan ǝlavə, Əmək Məcəlləsində edilən son dəyişikliklərdə ƏMAS altsisteminin iş rejimi ilə bağlı yeniliklər var. Misal üçün, işəgötürən iş vaxtının cəmlənmiş uçotunu tətbiq edirsə, bu zaman müvafiq bölmədə məlumat verməlidir.

4) İşəgötürən elektron sənəd formasında bağlanacaq əmək müqaviləsini imzaladıqdan sonra sənəd “İcrada olan onlayn əmək müqavilələri” bölməsinə daxil edilir. İşəgötürən həmin bölməyə daxil olaraq "Təsdiqǝ göndər" düyməsini sıxmaqla sənədi qarşı tərəfə göndərməlidir.

5) Elektron sənədin üzərində "Təsdiqə göndər" düyməsini sıxdıqda xüsusi pəncərə açılır. Açılan pəncərədə göndəriləcək şəxsin məlumatları avtomatik olaraq qeyd edilsə də, işəgötürən istəsə, “Qeyd” bölməsində sənədi imzalayacaq şəxslə bağlı əlavə məlumatlar daxil edə bilər. Elektron sənəd formasında bağlanılacaq əmək müqaviləsinin qarşı tərəfə təsdiq üçün göndərilməsi zamanı işəgötürənin sənədi elekton imza ilə imzalamasına ehtiyac yoxdur.

6) Elektron sənəd formasında bağlanılan sənəd qarşı tərəfə təsdiqə göndərildikdən sonra "İcrada olan onlayn əmək müqavilələri” bölməsində ǝks olunmur, "Onlayn əmək müqaviləsi” reyestrinin "Vətəndaşa təsdiq üçün göndərilən onlayn əmək müqaviləsi” altbölməsinə yerləşdirilir. Həmin sənədlə bağlı üç məlumat qeyd edilsə də, işəgötürənə onların yalnız birindən istifadə imkanı yaradılır.

- "Əməliyyat sonlanıb və ya başqa istifadəçidədir" qeydinin məqsədi həmin sənədin qarşı tərəfə göndərildiyini və ya prosesin başa çatdığını bildirməkdir. Yəni bu qeyd sadəcə informasiya xarakteri daşıyır.

- "Vətəndaşa göndərilən sənədin geri qaytarılması" bölməsi daha praktiki keçid üçün nəzərdə tutulub. İşəgötürən elektron sənəd formasında bağlanılacaq əmək müqaviləsini qarşı tərəfə göndərsə də sonradan hər hansı dəqiqləşdirmə etmək istəyə bilər. Bu zaman həmin bölməni seçdikdə sənədin əvvəlki, yəni "İcrada olan onlayn əmək müqavilələri” bölməsinə qaytarılması haqqında informasiya çıxır.

İşəgötürən “İcra et" düyməsini sıxdıqda elektron sənəd təsdiqdən geri qaytarılır. İşəgötürən elektron sənədi ləğv və ya düzəliş edə bilər, onun həmin sənəd üzərində hər hansı düzəlişə ehtiyac görməməsi də mümkündür. Bu halda, əmək müqaviləsinin bağlanılması ilə bağlı prosesi icra edib elektron sənədi qeydiyyata almalıdır. Elektron sənǝd qeydiyyata alındıqdan sonra yenidən qarşı tərəf üçün təsdiqə göndərilməlidir. Əks halda, “Bildirişi yüklə” düyməsi aktiv olmayacaq. Çünki elektron sənəd formasında bağlanılan əmək müqaviləsinin hər iki tərəfdən imzalanması həyata keçirilməyib.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech