logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçilərin süni şəkildə yararlandığı kompensasiya tələbinə son

  • Bloq
  • 04-fev-2026, 10:27
  • 69
İşçilərin süni şəkildə yararlandığı kompensasiya tələbinə son

İşçilərin süni şəkildə yararlandığı kompensasiya tələbinə son


Əmək Məcəlləsində edilmiş sonuncu dəyişikliklərdən biri də məzuniyyət hüququ, onun rəsmiləşdirilməsi və uçotu ilə bağlıdır. Yeniliy Altay Cəfərov şərh edir. Əmək Məcəlləsinin 138-ci maddəsi işçilərə məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılmasını müəyyən edir. Maddənin 1-ci hissəsində göstərilib ki, bu maddənin 2-1-ci hissəsində müəyyən edilmiş hal istisna olmaqla, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Həmin maddənin 2-ci bəndində isə qeyd olunub ki, məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.

Əmək Məcəlləsinin 138-ci maddəsinə yeni əlavə edilmiş 2-1-ci hissəyə əsasən, işəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyib məzuniyyətdən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilir. Eyni zamanda, Məcəllənin 135-ci maddəsinin 1-ci bəndində göstərilib ki, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

Əmək Məcəlləsində əmək məzuniyyəti ilə bağlı qısaca tələblər belədir:

- Növbəti ilin əmək məzuniyyəti üçün cari ilin sonlarında işəgötürən tərəfindən növbəlilik cədvəli tutulmalı və imzalanmalıdır (işçilərin rəyləri nəzərə alınmaqla).

- Əmək məzuniyyətinə çıxmazdan əvvəl işçi müvafiq ərizə ilə müraciət etməlidir.

- İşəgötürən əmr imzalamalı və həmin əmrlə işçini tanış etməlidir.

- Həmçinin işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi də qadağandır. Bu, inzibati məsuliyyət yaradır.

Ancaq təcrübədə tez-tez rastlaşdığımız hallardan biri işçinin əmək məzuniyyətindən istifadə etmək istəməməsidir. Səbəb kimi bildirirlər ki, əmək məzuniyyəti dövründə işləmək istəyirlər və sonradan məzuniyyətdən istifadə olunmamasına görə kompensasiya tələb edirlər. İşəgötürən də əmək məzuniyyətinin verilməməsinin qadağan olduğunu bildirdikdə və hökmən məzuniyyətə getməyi tələb etdikdə, bildirirlər ki, onlar əmək məzuniyyətinə getmək istəmələri haqqında işəgötürənə ərizə ilə müraciət etməyiblər.

Yəni işçi ərizə verməyibsə, işəgötürən onu əmək məzuniyyətinə göndərə bilməz.

Beləliklə, 138-ci maddəyə əlavə edilmiş 2-1-ci hissə bu boşluğu tam aradan qaldırmış olur. Artıq işəgötürən işçinin növbəlilik cədvəlinə uyğun əmək məzuniyyətinin vaxtı çatanda onun bu hüququndan istifadə etməsi ilə bağlı ərizəsi olmasa, ona yazılı xəbərdarlıq edəcək. Bu zaman işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə uyğun olaraq əmək məzuniyyətindən istifadə edilməsi haqqında əzirə vermədikdə və başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək məzuniyyətdən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə, o, artıq işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndəriləcək.

Sadə formada desək, işçi əmək məzuniyyətindən könüllü formada istifadə etmək istəmədiyi halda, işəgötürən xəbərdarlıq etməklə məcburi formada onu əmək məzuniyyətinə göndərəcək. İşçilərin və işəgötürənlərin hüquqlarının təmin olunması baxımından, bu dəyişiklik çox vacib bir yenilikdir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    25-may-2026 | Bloq
  • İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    25-may-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    22-may-2026 | Bloq
  • Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    22-may-2026 | Bloq
  • İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    21-may-2026 | Bloq
  • Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    21-may-2026 | Bloq
  • Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    20-may-2026 | Bloq
  • Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir
    Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir
    20-may-2026 | Bloq
  • Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    19-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech