logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Qeyri-iş günlərində görülən işə görə əməkhaqqının hesablanması – YENİ QAYDA

  • Bloq
  • 09-fev-2026, 10:29
  • 41
Qeyri-iş günlərində görülən işə görə əməkhaqqının hesablanması – YENİ QAYDA

Qeyri-iş günlərində görülən işə görə əməkhaqqının hesablanması – YENİ QAYDA


Əmək Məcəlləsinin 164-cü maddəsi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsini tənzimləyir. 2026-cı ilin yanvar ayından etibarən həmin maddəyə “saatlıq” ifadəsi əlavə edilib. Ekspert Aqil Ağayev bu dəyişikliyin mahiyyətini və işləmə mexanizmini açıqlayıb.

Dəyişikliyə qədər Əmək Məcəlləsinin 164-cü maddəsində yalnız “günlük” ifadəsi mövcud idi. Yeni dəyişiklik mətndə aşağıdakı formada əksini tapıb:

Maddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi

1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı qaydada ödənilir:

- əməyin vaxtamuzd ödənilmə sistemində - gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla;

- əməyin işəmuzd ödənilmə sistemində - ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

- aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görüldükdə - maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla,

- iş aylıq iş vaxtı normasından artıq vaxtda görüldükdə isə - maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

Misal: Əməkdaş 2026-cı ilin fevral ayında ümumilikdə 162 saat işləyib. Fevral ayı üzrə norma iş vaxtı 160 saatdır. İşçi qeyri-iş günündə 2 saat əlavə işə cəlb edilib. Əməkdaşın aylıq vəzifə maaşı 1.000 manatdır. Bu halda onun aylıq əməkhaqqı necə hesablanacaq?

Saatlıq əməkhaqqı:
1.000 : 160 = 6,25 manat.

- Norma üzrə əməkhaqqı:
160 x 6,25 = 1.000 manat.

- Qeyri-iş günündə görülən işə görə:
2 x 6,25 = 12,5 manat;
12,5 x 2 = 25 manat.

- Cəmi hesablanmış əməkhaqqı:
1.000 + 25 = 1.025 manat.

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, qeyri-iş günündə işçi yalnız 2 saat işləsə belə, ona gündəlik əməkhaqqının iki misli ödənilməli idi. Yeni qaydalarla qeyri-iş günündə çalışan işçiyə ancaq işlədiyi əlavə saatlara görə ödəniş ediləcək. Amma həmin ödənişlər əvvəlki qaydada - ikiqat hesablanacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    25-may-2026 | Bloq
  • İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    25-may-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    22-may-2026 | Bloq
  • Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    22-may-2026 | Bloq
  • İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    21-may-2026 | Bloq
  • Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    21-may-2026 | Bloq
  • Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    20-may-2026 | Bloq
  • Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir
    Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir
    20-may-2026 | Bloq
  • Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    19-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech