logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması -YENİ QAYDA

  • Bloq
  • 11-fev-2026, 10:17
  • 41
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması -YENİ QAYDA

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması -YENİ QAYDA


Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq edilib. Qaydalara əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb üzrə sığortaolunan üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dörd misli əsasında müəyyən edilir. Ekspert Kəmalə Yusifova yeniliyi daha detallı şərh edib.

Qanunvericilikdə nəzərdə tutulmuş sosial sığorta hadisələri baş verdiyi tarixə məcburi dövlət sosial sığortasına cəlb edilən sığortaolunanlara sosial sığorta ödəmələri aşağıdakılardır:

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);

- Hamiləliyə və doğuma görə müavinət;

- Uşağın anadan olmasına görə birdəfəlik müavinət;

- 3 yaşınadək uşağa qulluğa görə müavinət;

- Dəfn üçün birdəfəlik müavinət.

İşçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), eləcə də hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olduqdan sonra yaranır.

Sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) ötürülən xəstəlik vərəqəsinə dair məlumatlara əsasən əmək qabiliyyətinin müvəqqəti itirildiyi təqvim günləri üçün verilir. Xatırladaq ki, xəstəlik vərəqələrinin elektron qaydada tərtib edilməsi Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”a uyğun olaraq tənzimlənir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı həm fasiləli, həm də fasiləsiz olaraq ardıcıl davam etdikdə, ilk 14 təqvim günü üçün müavinət işəgötürən (sığortaedən) tərəfindən onun vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına sığortaçı tərəfindən ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi birinci gündən başlayaraq əmək qabiliyyəti bərpa olunanadək, lakin Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.

Yeni dəyişikliyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl gələn 4 rübə münasibətdə sığortaolunan üçün ödənilmiş (həmin dövr üçün hesablanmış) məcburi dövlət sosial sığorta haqqının dörd mislindən hesablanır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği aşağıdakı düsturlarla hesablanır:

MM = TGS x OQM

Burada MM – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləğini;

TGS – əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayını;

OQM – bir təqvim gününə düşən orta qazancın məbləğini bildirir.

OQM = ÜQM / BTG

Burada OQM – bir təqvim gününə düşən orta qazancın məbləğini;

ÜQM – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində sığortaolunanın ümumi qazancının məbləğini;

BTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bölən təqvim günlərinin sayını bildirir.

BTG = ÜTG – ÇTG

Burada BTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bölən təqvim günlərinin sayını;

ÜTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində cəmi təqvim günlərinin sayını;

ÇTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində hesablanma zamanı çıxılan günləri bildirir.

Misal 1: İşçi 2026-cı ilin iyun ayında 25 təqvim günü əmək qabiliyyətini müvəqqəti itirir. Bu zaman 2026-cı ilin 1-ci rübü, 2025-ci ilin 4, 3 və 2-ci rübləri üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 4 misli ümumi qazanc kimi qəbul edilir. Bu qazanc ardıcıl 4 rüb üzrə bölünən təqvim günlərinə bölünərək bir günə düşən orta günlük qazanc müəyyən edilir. Daha sonra bu məbləğ 25 təqvim gününə vurularaq müavinətin ümumi məbləği hesablanır.

Tutaq ki, işçiyə əvvəlki 4 rüb ərzində cəmi 1.800 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı hesablanaraq ödənilib. İşçi üçün nəzərə alınacaq baza məbləği 7.200 manat təşkil edəcək:

1.800 x 4 = 7.200 manat.

Fərz edək ki, 4 rüb üzrə 365 təqvim günü var və bu günlərdə heç bir çıxılma halı olmayıb. İşçi 25 təqvim günü əmək qabiliyyətini müvəqqəti olaraq itirib. Bu halda hesablama aşağıdakı kimi olacaq:

7200 : 365 = 19.73 manat;
19.73 x 25 = 493.25 manat.

Qeyd edək ki, dəyişikliyə qədər hesablama zamanı iş günləri əsas götürülürdü. Qaydanın yeni redaksiyada təsdiqindən sonra isə hesablamalarda iş günləri deyil, təqvim günləri nəzərə alınır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq
  • İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət gəlirlərinə vergi güzəşti tətbiqi
    İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət gəlirlərinə vergi güzəşti tətbiqi
    01-apr-2026 | Bloq
  • Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    31-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech