logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Sərbəst çalışan mütəxəssislərin sosial sığorta öhdəlikləri

  • Bloq
  • 19-fev-2026, 10:03
  • 15
Sərbəst çalışan mütəxəssislərin sosial sığorta öhdəlikləri

Sərbəst çalışan mütəxəssislərin sosial sığorta öhdəlikləri


Məcburi dövlət sosial sığortasında sığorta haqqı əməkhaqqı ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. “Sosial sığorta haqqında” Qanuna əsasən, gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı müxtəlif dərəcələrlə müəyyən olunub.

Vergi eksperti İsmayıl Bağırov vəkillərin, sərbəst mediatorların və müəlliflik qonorarı ödəyənlərin sosial sığorta öhdəliklərini açıqlayıb.

“Sosial sığorta haqqında” Qanunun 14.5.5-ci maddəsinə əsasən, Vəkillər Kollegiyasının üzvləri və sərbəst mediatorlar xərclər çıxıldıqdan sonra gəlirlərinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan məbləğ Vəkillər Kollegiyasının üzvlərinin, sərbəst mediatorların məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri hesab edilir.

Misal 1: Naxçıvan şəhərində fəaliyyət göstərən və Vəkillər Kollegiyasının üzvü olan Rəsul Həsənov (adlar şərtidir) 2026-cı ilin sentyabr ayında vəkillik xidmətinin göstərilməsi üçün 3 firma ilə müqavilə bağlayıb. Həmin ay vəkilin bağlanmış müqavilələr üzrə gəliri 800 manat, həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği 100 manat, məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 700 manat (800 – 100 = 700), ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 105 manat (700 x 15% = 105) təşkil edir.

Beləliklə, həmin şəxs hər ay 105 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 2: Bakı şəhərində sərbəst mediator fəaliyyəti göstərən Məmmədov Əli 2026-cı ilin sentyabr ayında mediator xidmətinin göstərilməsi üçün 5 firma ilə müqavilə bağlayıb. Həmin ay sərbəst mediatorun bağlanmış müqavilələr üzrə gəliri 1.700 manat, həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği 500 manat, məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 1.200 manat, ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 180 manat (1.200 x 15% = 180) təşkil edir. Beləliklə, həmin şəxs hər ay 180 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Qeyd edək ki, Vəkillər Kollegiyasında və onun nəzdində olan hüquq məsləhətxanalarında işləyənlər və Vəkillər Kollegiyasının üzvü olmayanlar üçün sosial sığorta haqqı “Sosial sığorta haqqında” Qanunun 14.3-cü maddəsinə uyğun qaydada hesablanır. Yəni Vəkillər Kollegiyası və onun nəzdində olan hüquq məsləhətxanaları 22 faiz məcburi dövlət sosial sığorta haqqını öz vəsaitləri hesabına, 3 faiz məcburi dövlət sosial sığorta haqqını isə işçinin əməkhaqqından tutulmaqla ödəyirlər.

“Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlərdən (fərdi sahibkarlar istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

Misal 3: Fiziki şəxs tikinti şirkəti üçün mülki hüquqi müqavilə əsasında iş görür və həmin ay fiziki şəxsin bağlanmış müqavilə üzrə gəliri 1.600 manatdir. Fiziki şəxsdən tutulmalı məcburi dövlət sosial sığorta haqqının məbləği mülki hüquqi xarakterli müqavilə ilə işləyən fiziki şəxs kimi ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25 faizi, yəni 1.600 x 25% = 400 manat olacaq.

Misal 4: Fiziki şəxs dövlət universitetində əmək müqaviləsi ilə müəllim işləyir və əməkhaqqı 300 manatdır. Eyni zamanda, “Cahan Holdinq”in işçilərinə mülki hüquqi müqavilə əsasında vergi və maliyyə uçotundan təlim keçir və həmin fəaliyyətdən 500 manat gəlir əldə edir. Fiziki şəxsdən tutulmalı olan və universitetin həmin fiziki şəxsin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq.

Fiziki şəxsin universitetdəki əmək fəaliyyəti ilə bağlı universitetin ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqı əməyin ödənişi fondunun 22 faizi, yəni 300 x 22% = 66 manat olacaq. Fiziki şəxsin universitetdə hesablanmış əməkhaqqından tutulmaqla isə 3 faizi, yəni 300 x 3% = 9 manat təşkil edəcək.

Beləliklə, fiziki şəxsin universitetdəki fəaliyyətindən cəmi 66 + 9 = 75 manat hesablanmalıdır. “Cahan Holdinq”dəki fəaliyyəti ilə bağlı mülki hüquqi xarakterli müqavilə ilə işləyən həmin fiziki şəxsin 500 manat gəlirindən ödəmə mənbəyində 25 faiz tutulmaqla 125 manat məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir:
500 x 25% = 125 manat.

“Sosial sığorta haqqında” Qanunun 14.5.4-cü maddəsinə əsasən, müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər (nəşriyyatlar, redaksiyalar, radio, televiziya, səsyazma studiyaları, kinostudiya və videostudiyalar, teatrlar, sirk, konsert-tamaşa təşkilatları, bədii fond, mədəniyyət fondu, xüsusi fondlar, fiziki şəxslər və s.) ödəmə mənbəyindən tutulmaqla hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Məcburi dövlət sosial sığorta haqqı əsərin yaradılmasına görə ödənilən qonorara hesablanır. Həmin əsərdən sonradan istifadəyə və təkrar istifadəyə görə müəllifə verilən qonorara məcburi dövlət sosial sığorta haqqı hesablanmır. Müəlliflik qonorarının məbləği qanunvericiliklə təsdiq edilmiş müəllif qonorarının minimum miqdarından az olmamalıdır.

Misal 5. Nəşriyyat məqaləsini çap etdiyi üçün yanvar ayında Mehdi Əliyevə 1.500 manat qonorar ödəyib. Bu halda, nəşriyyat fiziki şəxsə hesablanmış qonorar məbləğindən ödəmə mənbəyində 15 faiz məcburi dövlət sosial sığorta haqqı tutmalıdır. Yəni nəşriyyat fiziki şəxsdən tutduğu 225 manat məcburi dövlət sosial sığorta haqqını ödəyir:
1.500 x 15% = 225 manat.

“Sosial sığorta haqqında” Qanunun 14.6-cı maddəsinə əsasən, bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq
  • İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət gəlirlərinə vergi güzəşti tətbiqi
    İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət gəlirlərinə vergi güzəşti tətbiqi
    01-apr-2026 | Bloq
  • Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    31-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech