logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Әmtəəsiz əməliyyatla bağlı yanaşma niyə dəyişdirildi?

  • Bloq
  • 24-fev-2026, 09:57
  • 38
Әmtəəsiz əməliyyatla bağlı yanaşma niyə dəyişdirildi?

Әmtəəsiz əməliyyatla bağlı yanaşma niyə dəyişdirildi?


Son dəyişikliyə qədər Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, “əmtəəsiz əməliyyat” dedikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək üçün və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar başa düşülürdü. Yeni dəyişiklik nəticəsində uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlar da əmtəəsiz əməliyyatlar hesab olunacaq. Mövzunu ekspert Anar Bayramov şərh edir.

Mülki Məcəllənin 340-cı - “Uydurma və yalan əqdlərin etibarsızlığı” adlı maddəsində uydurma və yalan əqdlərin açıqlaması verilir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Eləcə də maddədə qeyd edilir ki, uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəyə əsasən isə yalan əqd başqa əqdi pərdələmək məqsədilə bağlanan əqddir. Uydurma əqd kimi yalan əqd də əhəmiyyətsizdir. Həmin maddədə, həmçinin, qeyd edilir ki, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən, əslində, nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

İndi malların təqdim edilməsi ilə uydurma və yalan əqdə aid misalları təqdim edək:

Misal 1: Vergi ödəyicisi 300.000 manat məbləğində malı qarşı tərəfə təqdim etsə də, faktiki olaraq malların təqdim olunması həyata keçirilmir. Uydurma əqddə məqsəd vergi ödəyicisinin aktivlərinin süni şəkildə azaldılmasını təmin etməkdir. Halbuki, faktiki olaraq, həmin mallar vergi ödəyicisinin sahibliyində qalır.

Misal 2: Vergi ödəyicisi 300.000 manatlıq malı qarşı tərəfə təqdim etsə də, reallıqda alğı-satqı müqaviləsi əvəzinə saxlanılma və ya icarə müqaviləsi bağlayır. Məqsəd ondan ibarətdir ki, vergi ödəyicisi qarşı tərəflə yalan əqd bağlamaqla həmin malların satışı üzrə vergi öhdəliyinin yaranmasının qarşısını alsın.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarına və Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar aparan vergi ödəyiciləri riskli vergi ödəyicisi hesab olunurlar.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech