logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hamiləlik və uşağın 3 yaşınadək qismən ödənişli sosial məzuniyyətin ödəniş qaydası

  • Bloq
  • 25-fev-2026, 10:32
  • 51
Hamiləlik və uşağın 3 yaşınadək qismən ödənişli sosial məzuniyyətin ödəniş qaydası

Hamiləlik və uşağın 3 yaşınadək qismən ödənişli sosial məzuniyyətin ödəniş qaydası


Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında köklü dəyişikliklər edilib. Mövzunu mütəxəssis Firəngiz Səmədova şərh edir.

Belə ki, Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası” təsdiq edilib. Sənəddə yer alan vacib məqamlardan biri sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin Elektron Hökumət İinformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə ötürülən elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqəsinə dair məlumatlara əsasən, təqvim günü üzrə ödənilməsidir. Dəyişiklikdən sonra isə müavinətin ödənilməsi üçün artıq protokol tərtib olunmasına, əvvəlki 12 ay üzrə əməkhaqqı və iş günləri barədə məlumatların sistemə daxil edilməsinə ehtiyac qalmır. Bütün proses avtomatik şəkildə icra edilir.

Bəs hamiləlik və doğuşa görə məzuniyyətin, həmçinin uşağın 3 yaşı tamam olana qədər qismən ödənişli sosial məzuniyyətlərin ödənişinin icrası hansı formada tənzimlənəcək?

Yeni təsdiqlənmiş Qaydaya əsasən, qeyd olunan məzuniyyətlərin ödənişə verilməsi zamanı işəgötürən hər iki hal üzrə məzuniyyət əmrini ƏMAS-da əmrlər bölməsində əks etdirməlidir. Artıq bununla bağlı elektron sistemdə müvafiq yeniliklər tətbiq edilib.

Ödənişin hesablanması zamanı lazım olan əvvəlki 12 ayın qazancı barədə məlumatlar işəgötürən tərəfindən təqdim edilmiş “Muzdlu və qeyri-muzdlu işlə əlaqədar Vahid Bəyannamə”dən əldə ediləcək. Bu halda bəzi praktiki suallar yaranır ki, onların həlli yollarına nümunə üzərindən baxaq.

Misal: Əməkdaşın hamiləlik və doğuşla əlaqədar 20.06.2026-cı il tarixdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi sənədi daxil olub. Bununla əlaqədar məzuniyyət əmri ƏMAS-a daxil edilib və sənəd ödənişə göndərilib. Bu halda hesablama üçün nəzərə alınan dövr 2026-cı ilin I rübü, 2025-ci ilin isə II, III və IV rüblərini əhatə edir.

31.08.2026-cı il tarixdə müəssisə tərəfindən 2026-cı ilin I rübü üzrə Vahid Bəyannaməyə dəqiqləşmə verilib və həmin əməkdaşın mart ayı üzrə qazancında fərqlilik yaranıb. Bəs belə olan halda ödənilmiş müavinət üzrə dəyişiklik necə tənzimlənəcək?

1-ci hal. Əgər dəyişiklik nəticəsində əməkdaşın qazancında artım olubsa, bu zaman sığortaedənin müraciəti əsasında müavinət sığortaçı tərəfindən yenidən hesablanır və yaranmış fərqin sığortaolunana (yəni əməkdaşa) ödənilməsi təmin edilir.

2-ci hal. Əgər dəyişiklik nəticəsində əməkdaşın qazancında azalma olubsa, müavinət sığortaçı tərəfindən yenidən hesablanır və artıq verilmiş məbləğin geri qaytarılması təmin edilir. Artıq verilən məbləğ sığortaçının müraciəti əsasında sığortaedən tərəfindən sığortaolunanın razılığı ilə, razılığı olmadıqda isə məhkəmənin müvafiq qərarına əsasən sığortaolunandan alınmaqla sığortaçıya geri qaytarılır.

Burada diqqət edilməli məqam əməkdaşın qazancı barədə məlumatlara Vahid Bəyannamədə dəyişikliyin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənildiyi tarixdən sonrakı 180 təqvim günü ərzində edilməsidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-iyn-2026 | Bloq
  • Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    12-iyn-2026 | Bloq
  • Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    11-iyn-2026 | Bloq
  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech