Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?

Mikro sahibkar (fiziki şəxs) gəlir və xərclərin uçotunu kassa metodu ilə aparır. 2026-cı ilin yanvar ayında 5000 manatlıq mal satıb və e-qaimə təqdim edib, lakin 4000 manat ödəniş alıb. Bundan əlavə, 2025-ci ildən qalan 3000 manat debitor borc yanvar ayında daxil olub. 2026-cı ilin yanvar ayı üzrə sosial sığorta haqqı hansı məbləğdən və nə qədər hesablanmalıdır?
Vergi Məcəlləsinin 132-ci maddəsinə əsasən kassa metodu tətbiq edilərkən gəlir pul vəsaiti faktiki daxil olduğu anda əldə edilmiş sayılır. Bu halda 2026-cı ilin yanvar ayında sahibkarın gəliri faktiki daxil olan vəsait — 4000 manat (cari satışdan) + 3000 manat (keçmiş dövrün debitor borcu) olmaqla 7000 manat təşkil edir.
Sosial sığorta haqqında Qanunun 14.5.1-ci maddəsinə əsasən mikro sahibkar məcburi dövlət sosial sığorta haqqını gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi məbləğində ödəyir.
Beləliklə, 2026-cı ilin yanvar ayı üçün sosial sığorta haqqı:
7000 manat × 2% = 140 manat təşkil edir.
(Qeyd: Məbləğ minimum aylıq əməkhaqqının 15%-dən az və 100%-dən çox olmamaq şərti ilə hesablanır.)

en
ru
tr