logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR

  • Bloq
  • 04-mar-2026, 10:08
  • 59
Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR

Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR


Qaydaya əsasən, sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülən Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”a uyğun olaraq elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqinə dair məlumatlar əsasında əmək qabiliyyətinin müvəqqəti itirildiyi təqvim günləri üçün verilir. Ekspert Kəmalə Yusifova bu dəfə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilmədiyi hallarını açıqlayıb.

Qaydanın 2.2-ci bəndinə görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ödənişsiz, qismən ödənişli sosial, təhsil və yaradıcılıq məzuniyyəti dövründə baş verdikdə;

- Sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda;

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) 6 ay sosial sığorta stajından az olduqda;

- Sığortaolunan törətdiyi cinayət nəticəsində xəsarət aldıqda;

- “Sosial sığorta haqqında” Qanunun 14.5-ci maddəsində göstərilən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 4 rübün 6 ayına münasibətdə məcburi dövlət sosial sığorta haqqını qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödəmədikdə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olduqda və fəaliyyəti müvəqqəti dayandırıldıqda.

Qeyd edək ki, Qaydada əsas dəyişikliklərdən biri muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi, eləcə də hansı hallarda verilməməsi ilə bağlıdır.

Müəssisələr üçün əmək münasibətlərinin, məzuniyyətlərin, sosial sığorta ödənişlərinin və əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarının düzgün uçotu isə Coo.az ERP istemi vasitəsilə avtomatlaşdırıla bilər.

Misal 1: Tutaq ki, işçi 1 iyun 2026-cı il tarixdən 15 iyun 2026-cı il tarixədək ödənişsiz məzuniyyətdədir. 10-19 iyun tarix aralığında o, əmək qabiliyyətini müvəqqəti itirir. Bu halda işçiyə 10 iyundan 15 iyunadək ödəniş edilməyəcək, 16-19 iyun (3 təqvim günü) üçün müavinət hesablanacaq.

Yeni dəyişiklikdən biri də əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin staja görə 60, 80 faiz miqdarında deyil, stajdan asılı olmayaraq, sığortaolunanlara 100 faiz miqdarında ödənilməsinin təsdiqlənməsidir.

Misal 2: İşçi qəsdən öz sağlamlığına zərər verib. Sağlamlığı üçün müraciət etdiyi xəstəxana bu barədə polis əməkdaşlarına bildirib. Araşdırma nəticəsində məlum olub ki, işçi bilərəkdən öz sağlamlığına zərər verib. Bu halda həmin işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilməyəcək.

Misal 3: İşçi əmək qabiliyyətini müvəqqəti olaraq itirib, sığortaedən isə onun son 2 rüb üzrə məcburi dövlət sosial sığorta haqqını ödəməyib. Bu halda da işçiyə müavinət ödənilməyəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech