logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı

  • Bloq
  • 11-mar-2026, 09:59
  • 6
İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı

İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı


Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də idxal zamanı əlavə dəyər vergisi (ƏDV) ödənilməklə əldə edilən malların, məhsulların sonradan ƏDV-dən azad edilən əməliyyatlar çərçivəsində təqdim olunması zamanı ƏDV-nin geri bərpa edilməsinin vaxtıdır. Altay Cəfərov nümunələr əsasında həmin məqamları açıqlayıb.

Misal 1: “AA” MMC malların idxalı və satışı ilə məşğul olan vergi ödəyicisidir. Daha doğrusu, MMC-nin əsas fəaliyyəti toyuq ətinin idxalı və yerli bazarda satışından ibarətdir. Şirkət 2026-cı ilin yanvar ayında 100.000 manatlıq toyuq əti idxal edib və idxal zamanı 18.000 manat ƏDV-ni gömrük orqanlarına ödəyib. MMC yanvar ayında satış etməyib, ancaq fevral ayında 50.000 manatlıq məhsulu 70.000 manata satıb. Bu halda şirkətin gömrük orqanlarında ödədiyi ƏDV-nin aqibəti necə olacaq? Əgər ƏDV geri bərpa olunacaqsa, hansı ayda bunu təmin etməlidir?

Məsələni aydınlaşdırmaq üçün ilkin olaraq Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə baxmalıyıq. Həmin müddəaya əsasən, heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib. Maddədən aydın olur ki, şirkətin satdığı toyuq əti ƏDV-dən azad edilmiş əməliyyatdır. Odur ki, “AA” MMC-nin satdığı 70.000 manat ƏDV-dən azad edilmiş əməliyyatdır və fevral ayının ƏDV bəyannaməsinin 5 nömrəli Əlavəsində yazılacaqdır.

Toyuq və mal əti alınan zaman gömrükdə ƏDV ödənilir, amma satış ƏDV-dən azad edilən əməliyyatlardır. Ona görə də sual olunur ki, gömrükdə ödənilmiş ƏDV nə vaxt geri bərpa edilir: mallar satılanda, yoxsa alınanda?

Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya (aktivlərə aid edilən subsidiya istisna olmaqla) və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Maddədən aydın olur ki, azad edilən malları satan şəxslər ƏDV ilə mallar alarkən ödənilmiş ƏDV əvəzləşdirilmir, malların maya dəyərinə daxil edilir. Yəni gömrükdə ödənilmiş ƏDV məbləğini malları satan vaxt yox, elə gömrükdən keçən zaman malların maya dəyərinə daxil etmək lazımdır və həmin ayın ƏDV bəyannaməsində bərpa olunan dövriyyə kimi yazılmalıdır.

Odur ki, “AA” MMC yanvar ayında toyuq ətini idxal edəndə gömrükdə ödədiyi 18.000 manat ƏDV məbləğini ƏDV bəyannaməsində əvəzləşdirmə kimi yazmalıdır. Eyni zamanda, bəyannamədə 18.000 manat geribərpa kimi qeyd olunaraq, məbləğ geri bərpa edilməlidir.

Bundan əlavə, “AA” MMC də 18.000 manat ƏDV-ni yanvar ayında malların maya dəyərinə daxil edəcək.

Misal 2: “BB” MMC materialların idxalı və idxal etdiyi xammal kimi materialları istehsal məqsədləri üçün istifadə olunmaqla emal edilmiş hazır məhsulun daxili bazarda satışı ilə məşğul olan vergi ödəyicisidir. Daha doğrusu, şirkətin əsas fəaliyyəti toyuq ətinin idxalı və emal edərək yerli bazarda satışından ibarətdir. MMC 2026-cı ilin yanvar ayında 100.000 manatlıq toyuq əti idxal edib və idxal zamanı 18.000 manat ƏDV məbləğini gömrük orqanlarına ödəyib. MMC nəzərdə tutub ki, yanvar ayında idxal etdiyi toyuq ətindən xüsusi məhsullar emal və istehsal edərək 200.000 manata satacaq. Ancaq istehsalat sahəsində baş verən texniki səbəblərdən məhsulun istehsalı mümkün olmayıb və şirkət rəhbərliyi itkilərin qarşısını almaq üçün idxal edilmiş ətin satışının həyata keçirilməsinə qərar verib. Fevral ayında 50.000 manatlıq toyuq ətini 70.000 manata satıb. Bu zaman MMC-nin gömrük orqanlarında ödədiyi ƏDV-nin aqibəti necə olacaq? Məbləğ geri bərpa olunacaqsa, bu, hansı ayda edilməlidir?

Bu misalımızda artıq əməliyyatın mahiyyəti tam başqadır. Yəni “BB” MMC malları idxal edərkən həmin malları azad olunan əməliyyatlar çərçivəsində almayıb. Belə ki, mallar ilkin olaraq istehsal məqsədləri üçün alınıb. Ona görə də bu halda birbaşa Vergi Məcəlləsinin 175.6-cı maddəsini tətbiq etmək olmur. Artıq sonradan əməliyyatın xarakteri, təyinatı və mahiyyəti dəyişib və buna görə də Məcəllənin 163-cü maddəsinin tələblərinə uyğun gəlir.

Vergi Məcəlləsinin 163.1-ci maddəsində göstərilib ki, bu maddə aşağıdakı hallarda malgöndərənin, işgörənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:

- 163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;
- 163.1.2. əməliyyatın xarakteri dəyişdikdə.

Həmçinin, Vergi Məcəlləsinin 175.5-ci maddəsində də qeyd edilib ki, bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Məcəllənin 163.1.2-ci maddəsinə əsasən, bu halda əməliyyatın xarakteri dəyişilmiş sayılır. İlkin olaraq ƏDV-yə cəlb edilən əməliyyatlar sayılırdı, amma sonradan əməliyyatın xarakteri dəyişilərək ƏDV-dən azad edilmiş əməliyyatlara aid edilən idxal olunmuş mallar kimi qəbul edilir.

Belə olan halda, növbəti addım kimi Vergi Məcəlləsinin 175.6-cı maddəsinin tələbləri tətbiq edilir. Yəni idxalda əldə olunmuş əvəzləşdirilmiş ƏDV-nin müəyyən hissəsi geri bərpa edilir. Bu zaman geri bərpa edilən məbləğ idxal olunmuş malların maya dəyəri kimi yox, xərc kimi qəbul ediləcək.

Odur ki, misalımızda 50.000 manat idxal dəyəri olan toyuq ətinə aid olan ƏDV 9.000 manat olacaq. “BB” MMC 9.000 manat ƏDV məbləğini 2026-cı ilin yanvar ayında yox, ferval ayında geri bərpa edəcək. Eyni zamanda, 2026-cı ilin fevral ayının xərc maddəsi kimi nəzərə alacaq.

Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Hər iki halda MMC geri bərpa edilən ƏDV məbləğini son olaraq Vergi Məcəlləsinin 175.4-cü maddəsini əsas gətirərək, ƏDV bəyannaməsində geri bərpa edəcək.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    Qeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?
    11-mar-2026 | Bloq
  • İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    İdxal zamanı gömrükdə ödənilən ƏDV-nin bərpası vaxtı
    11-mar-2026 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    10-mar-2026 | Bloq
  • Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    Vətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?
    10-mar-2026 | Bloq
  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech