logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi

  • Bloq
  • 13-mar-2026, 09:44
  • 18
ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi

ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi


Artıq Kapital Bank/Birbank və Paşa Bank-a məxsus pos terminallarla edilən ödənişlərdə ƏDV-ni geri almaq üçün QR kodu oxutmaq, qəbzləri skan etmək dövrü tarixə qovuşur. Qəbz avtomatik olaraq əlavə edilir və ƏDV növbəti 30 gün ərzində balansa yüklənir.

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə innovativ maliyyə həlləri təqdim etməyə davam edir. Dövlət Vergi Xidməti ilə birgə həyata keçirilən sosial əməkdaşlıq nəticəsində Birbanklılar üçün ƏDV-ni geri almaq indi daha rahat oldu.

Belə ki, artıq Kapital Bank/Birbank və Paşa Bank-a məxsus pos terminallarla edilən ödənişlərdə ƏDV-ni geri almaq üçün QR kodu oxutmaq, qəbzləri skan etmək dövrü tarixə qovuşur. Birbank kartı ilə qeyd edilən pos terminallarda ödəniş zamanı qəbz avtomatik olaraq Birbank-ın “Son əlavə olunan çeklər” bölməsinə əlavə edilir və ƏDV növbəti 30 gün ərzində balansa yüklənir. Prosesə qoşulmaq üçün Birbank mobil tətbiqində “ƏDV geri al” bölməsində “Çekləri avtomatik əlavə et” düyməsini aktivləşdirmək yetərlidir.

İlk olaraq yalnız Birbank kartlarında aktiv olan bu yenilik mağaza, restoran, apteklər də daxil olmaqla ölkədə fəaliyyət göstərən bir çox ictimai iaşə obyektlərində keçərlidir. Yaxın zamanlarda layihənin bütün alış-veriş və xidmət nöqtələrini əhatə etməsi planlaşdırılır.

Ətraflı məlumat üçün: https://birbank.az/edvavtoskan

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    20-apr-2026 | Bloq
  • Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?
    Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?
    20-apr-2026 | Bloq
  • ƏDV məqsədləri üçün qeydiyyat limiti necə müəyyən edilir?
    ƏDV məqsədləri üçün qeydiyyat limiti necə müəyyən edilir?
    17-apr-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    17-apr-2026 | Bloq
  • ƏDV ödənişlərində yaranmış texniki yerdəyişmə əvəzləşdirməyə mane olurmu?
    ƏDV ödənişlərində yaranmış texniki yerdəyişmə əvəzləşdirməyə mane olurmu?
    16-apr-2026 | Bloq
  • Azərbaycanda vergi borcları üzrə möhlət mexanizmi təkmilləşdirilir
    Azərbaycanda vergi borcları üzrə möhlət mexanizmi təkmilləşdirilir
    16-apr-2026 | Bloq
  • MMC torpaq alqı-satqısı zamanı mənfəət vergisi ödəyirmi?
    MMC torpaq alqı-satqısı zamanı mənfəət vergisi ödəyirmi?
    15-apr-2026 | Bloq
  • AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb
    AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb
    15-apr-2026 | Bloq
  • Məcburi ƏDV qeydiyyatı üçün dövriyyə həddi
    Məcburi ƏDV qeydiyyatı üçün dövriyyə həddi
    14-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech