logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?

  • Bloq
  • 18-mar-2026, 10:13
  • 9
Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?

Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?


Әmək Məcəlləsinin 6-cı maddəsinin “ç” bəndində edilmiş dəyişiklik mahiyyət etibarilə qanunvericilikdə mövcud olan boşluğun aradan qaldırılmasına yönəlib. Lakin bu dəyişiklik bəzi mütəxəssislər tərəfindən yanlış anlaşılır. Bəs yeni dəyişiklik əcnəbi işçilərlə bağlı nələri nəzərdə tutur? suala ekspert Anar Bayramov aydınlıq gətirir.

Dəyişikliyə qədər Әmək Məcəlləsinin 6-cı maddəsinin “ç” bəndinə əsasən, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlamış və əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə Әmək Məcəlləsi şamil edilmirdi.

Әmək Məcəlləsində edilmiş son dəyişikliklə həmin maddənin “ç” bəndindən “fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə)” sözləri çıxarılıb. Bunun əsas səbəbi həmin ifadənin əcnəbi işçilərlə bağlı yanlış hüquqi yönləndirməyə səbəb olması idi. Belə ki, xarici ölkənin hüquqi şəxsi ilə əmək müqaviləsi bağlamış əcnəbi şəxsin əmək funksiyasını Azərbaycan Respublikasında filialda və ya nümayəndəlikdə deyil, hər hansı digər işəgötürənin yanında yerinə yetirməsi mümkündür.

Misal 1: Ukraynada qeydiyyatdan keçmiş və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətin nümayəndəsi tərəfdaşlıq etdiyi Azərbaycan şirkətində əmək funksiyasını yerinə yetirir. Həmin şəxs xarici ölkənin hüquqi şəxsi ilə əmək müqaviləsi bağladığı üçün onun Azərbaycan Respublikasında çalışdığı dövrdə Əmək Məcəlləsi ona şamil edilmir.

Maddəyə edilmiş dəyişiklikdə əsas məqsəd ondan ibarətdir ki, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlamış əcnəbi şəxs əmək funksiyasını Azərbaycan Respublikasında hansı işəgötürəndə yerinə yetirməsindən asılı olmayaraq, Әmək Məcəlləsinin tətbiq dairəsindən kənarda qalır.

Bununla belə, işəgötürən Miqrasiya Məcəlləsinin tələblərinə riayət etməklə əcnəbi işçi ilə birbaşa əmək müqaviləsi bağladığı halda, həmin əcnəbi işçiyə Әmək Məcəlləsi tam şəkildə şamil edilir. Yəni son dəyişiklik ölkəmizdəki işəgötürənlərlə əmək müqaviləsi bağlayan əcnəbi işçilərin hüquqi statusuna heç bir təsir göstərmir.

Әmək Məcəlləsinin 47-ci - “Müddətli əmək müqaviləsi bağlanan hallar” adlı maddəsinə əlavə edilmiş ikinci hal əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanılan əmək müqaviləsi ilə bağlıdır. Belə ki, Әmək Məcəlləsinin 47-ci maddəsinə əlavə edilmiş “h” bəndinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda müddətli əmək müqaviləsi bağlanılmasına icazə verilir.

Maddə ilə bağlı vacib olan məqamlara aydınlıq gətirək.

Birinci məqam ondan ibarətdir ki, Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq, bəzi şəxslərin əmək fəaliyyətinə cəlb edilməsi zamanı iş icazəsinin olması mütləqdir. Öncəliklə bildirək ki, Miqrasiya Məcəlləsinə əsasən, iş icazəsi dedikdə, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazə başa düşülür. Amma bəzi şəxslər üçün istisnalar da mövcuddur.

Misal 2: İşəgötürən Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan (bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun) əcnəbi şəxslə əmək müqaviləsi imzalayır. Miqrasiya Məcəlləsinin 64-cü maddəsinə əsasən, həmin əcnəbi şəxs üçün iş icazəsi tələb olunmadığı üçün onunla əmək müqaviləsi müddətsiz də bağlanıla bilər.

İkinci məqam odur ki, iş icazəsi tələb olunan əcnəbi işçi ilə əmək müqaviləsi bağlandıqda, əmək müqaviləsinin müddətinin iş icazəsinin müddəti qədər olmasına yol verilir. Miqrasiya Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, iş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti, bu Məcəllənin 69.1-1-ci maddəsi nəzərə alınmaqla, hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər.

Qeyd edək ki, Miqrasiya Məcəlləsinin 69-1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərti ilə uzadıla bilər.

Misal 3: İşəgötürən iş icazəsi tələb olunan əcnəbi işçi ilə əmək müqaviləsi imzalayarkən onunla bağlanılan əmək müqaviləsinin müddətini 1 il müddətinə müəyyən etməlidir.

Bir məsələni də qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 3.000-4.000 manat, hüquqi şəxslər 15.000-20.000 manat məbləğində cərimə edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    18-mar-2026 | Bloq
  • Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    18-mar-2026 | Bloq
  • Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    16-mar-2026 | Bloq
  • 7 rəqəmli fəaliyyət növləri üzrə kodlar yenilənib
    7 rəqəmli fəaliyyət növləri üzrə kodlar yenilənib
    16-mar-2026 | Bloq
  • Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    13-mar-2026 | Bloq
  • ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi
    ƏDV qəbzlərinin skanı artıq lazım deyil – Birbank yeniliyi
    13-mar-2026 | Bloq
  • Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    Peşəkar mühasibatlıq nəticəsində Vahid bəyannamədə uğurlu azalma
    12-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech