logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM

  • Bloq
  • 19-mar-2026, 09:57
  • 3
İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM


Əmək Məcəlləsində edilmiş son dəyişikliklərdən sonra işçilərdə maraq doğuran məsələlərdən biri də istifadə edilməmiş məzuniyyətə görə kompensasiyaların hesablanması zamanı Əmək Məcəlləsinin 140 və 111-ci maddələrində olan yeni tələblərin nəzərə alınıb-alınmaması ilə bağlıdır. İşçinin istifadə edilməmiş məzuniyyətə görə kompensasiyası hesablanan zaman Məcəllənin 111-ci maddəsində olan yeni tələblər nəzərə alınırmı? Kompensasiyanın hesablanması zamanı sonuncu əməkhaqqıdan az olmamaqla məbləğ ödənilməlidirmi?

Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində göstərilib ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaqla orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Suallara ekspert Altay Cəfərov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci bəndində isə qeyd olunub ki, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur. Məcəllənin 140-cı maddəsinin 2-ci bəndinə əsasən, 12 təqvim ayından az əmək münasibətində olub məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Maddənin 4-cü bəndində isə göstərilib ki, bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əməkhaqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.

Son müddəadan aydın olur ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilərkən bu maddədə olan əməkhaqqının hesablanması qaydası tətbiq edilir.

Əvvəla, bu hissədə də bir az qeyri-müəyyənlik var. Belə ki, Əmək Məcəlləsinin 111-ci maddəsinin tələblərinə görə, məzuniyyət zamanı işçinin orta əməkhaqqı saxlanılır. Həmçinin, Məcəllənin 140-cı maddəsinin 1-ci bəndində əmək məzuniyyəti zamanı orta əməkhaqqının hesablanması üçün ilkin mexanizm müəyyənləşdirilir. Belə olan halda iki maddə uzlaşır, yəni 111-ci maddəyə görə məzuniyyət zamanı saxlanılan orta əməkhaqqının hesablanmasının ilkin addımı 141-ci maddənin 1-ci bəndi ilə müəyyənləşir. Bu istinad düzgündür.

Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci bəndində isə orta əməkhaqqı yox, “orta aylıq” ifadələri işlənir. Amma Məcəllədə digər bütün maddələrdə olan “orta aylıq” ifadəsi aradan qaldırılıb, yalnız həmin maddədə qalıb. Lakin 140-cı maddənin 1-ci və 2-ci bəndlərində orta əməkhaqqının hesablanmasının ilkin addımları əksini tapır. Sadəcə, 1-ci bənddə iş müddəti tam 12 ay olduqda, 2-ci bənddə isə 12 aydan az işlədikdə istifadə olunur.

Bundan əlavə, Əmək Məcəlləsinin 140-cı maddəsinin 3-cü bəndində artıq orta əməkhaqqı yox, məzuniyyət dövrünün əməkhaqqı ifadəsindən istifadə edilir. Odur ki, Məcəllənin 111-ci maddəsi ilə 140-cı maddəsində olan ifadələrin uzlaşmamasının şahidi oluruq. Yəni, 111-ci maddəyə əsasən, məzuniyyət dövründə ancaq orta əməkhaqqı saxlanılmalıdır və bu da işçinin son əməkhaqqından az olmamalıdır. Ancaq 140-cı maddənin 3-cü bəndində artıq orta əməkhaqqı yox, əməkhaqqı ifadəsi yazılıb. Bütün bunlara baxmayaraq, praktiki olaraq məzuniyyət zamanı hesablamalar aparanda orta əməkhaqqı kimi qəbul edilir.

İndi isə kompensasiyanın hesablanması məsələsinə aydınlıq gətirək. Bunun üçün Əmək Məcəlləsinin həm 111-ci, həm də 140-cı maddəsinin 4-cü bəndini açıqlayaq.

- 111-ci maddə işçinin məzuniyyət dövründə, məzuniyyət müddəti üçün tətbiq edilir.

- Bu maddədə orta əməkhaqqının saxlanılması işçinin məzuniyyətdə olduğu zamanı nəzərdə tutur.

- Həmçinin, 111-ci maddədə sonuncu əməkhaqqından az olmamaqla orta əməkhaqqının saxlanılması da işçinin məzuniyyətdə olduğu müddət üçün aktivdir.

- Məcəllənin 140-cı maddəsinin 4-cü bəndi istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması qaydasını müəyyənləşdirir.

- Həmçinin, bu maddə kompensasiyanın hesablanması qaydasını həmin maddənin 1-ci, 2-ci və 3-cü bəndlərinin tələbləri əsasında hesablanması tələbini qoyur.

- Yəni 111-ci maddə işçinin məzuniyyətdə olduğu zaman tətbiq edilir, 140-cı maddənin 4-cü bəndi isə məzuniyyətdə olduğu müddətdə yox, məzuniyyətdən istifadə edilməməsi zamanı tətbiq edilir.

Beləliklə, işçiyə əmək məzuniyyətinə görə kompensasiya ödənilən zaman əvvəlki illər kimi Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən hesablamalar və ödəmələr aparılacaq. Ancaq 111-ci maddədə olan kimi, sonuncu əməkhaqqıdan az olmayan məbləğ verilməyəcək.

Misal: “AA” MMC-nin işçisi 2026-cı ilin fevral ayında əmək məzuniyyətinə çıxıb və onun məzuniyyət dövrü üçün orta əməkhaqqı 1.120 manat olub. Ancaq fevral ayının əməkhaqqı 1.200 manat təşkil edib. Nəzərə alaq ki, işçiyə məzuniyyət dövrü üçün orta əməkhaqqı hesablayan zaman 1 günlük məbləğ 40 manat olub. İşçi məzuniyyətə çıxmamışdan əvvəl ərizə ilə müraciət edib ki, ona əvvəlki illərin istifadə edilməmiş 25 gün məzuniyyət dövrünün kompensasiyası verilsin.

Bu zaman işçiyə fevral ayı üçün məzuniyyət dövründə orta əməkhaqqı (1.120 manat) fevral ayının əməkhaqqından (1.200 manatdan) az olduğuna görə, sonuncu əməkhaqqı məbləğində, yəni 1.200 manat məzuniyyət pulu ödəniləcək.

Həmçinin, 25 gün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği 1.000 manat hesablanılır:

40 x 25 gün = 1.000 manat.

Burada da aydın olur ki, bu məbləğ sonuncu ayın əməkhaqqından azdır.

Lakin kompensasiyaya görə hesablanmış məbləğ fevral ayının əməkhaqqı məbləğindən az olmamasına baxmayaraq, ödəniş 1.000 manat həcmində ödəniləcək. Çünki kompensasiya zamanı Əmək Məcəlləsinin 111-ci maddəsinin tələbləri tətbiq edilmir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    Azərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
    19-mar-2026 | Bloq
  • İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanması: VACİB MƏQAM
    19-mar-2026 | Bloq
  • Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    Әmək Məcəlləsində əcnəbi işçilərlə bağlı hansı dəyişikliklər olub?
    18-mar-2026 | Bloq
  • Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    Repetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?
    18-mar-2026 | Bloq
  • Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    Əməkhaqqının strukturu nədən ibarətdir və əsas iş yerində tətbiq olunan vergi güzəşti necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?
    17-mar-2026 | Bloq
  • Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    Ev alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar?
    16-mar-2026 | Bloq
  • 7 rəqəmli fəaliyyət növləri üzrə kodlar yenilənib
    7 rəqəmli fəaliyyət növləri üzrə kodlar yenilənib
    16-mar-2026 | Bloq
  • Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
    13-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech