logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?

  • Bloq
  • 06-apr-2026, 11:17
  • 49
ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?

ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?


Məlumat üçün bildiririk ki, tərəfimizdən aparılan əməliyyatlar zamanı texniki səbəblərdən ƏDV ödənişlərində müəyyən uyğunsuzluq yaranmışdır. Belə ki, xidmət göstərən şirkət tərəfindən 5 aprel tarixində 5 900 AZN, 20 aprel tarixində isə 11 800 AZN məbləğində ƏDV daxil elektron qaimə-fakturalar təqdim olunmuşdur.

Texniki səhv nəticəsində 5 aprel tarixli elektron qaimə üzrə ƏDV məbləği tam şəkildə müştərinin depozit hesabına köçürülmüş, nəticədə artıq ödəniş yaranmışdır. Bu artıq məbləğ nəzərə alınaraq 20 aprel tarixli qaimə üzrə ödəniş zamanı ƏDV məbləği müvafiq olaraq azaldılaraq həyata keçirilmişdir.

Nəticə etibarilə, hər iki qaimə üzrə həm əsas məbləğ, həm də ƏDV öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, yalnız ƏDV məbləğinin qaimələr üzrə bölgüsündə fərqlilik yaranmışdır.

Vergi qanunvericiliyinə əsasən, ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, alınmış mallar (işlər, xidmətlər) üzrə ƏDV məbləği yalnız dəyərin və ona mütənasib ƏDV-nin tam ödənildiyi halda əvəzləşdirilə bilər. Bu baxımdan, göstərilən əməliyyatlar üzrə ümumi ödənişlər tam həyata keçirildiyi üçün müvafiq hesabat dövründə ƏDV-nin əvəzləşdirilməsi mümkündür.

Bununla belə, yaranmış texniki uyğunsuzluğun gələcəkdə hər hansı vergi riski və ya maliyyə sanksiyasına səbəb olmaması üçün əməliyyatların təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına təqdim edilməsi tövsiyə olunur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və tətbiq olunan güzəştlər
    Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və tətbiq olunan güzəştlər
    25-iyn-2026 | Bloq
  • Suvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?
    Suvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?
    25-iyn-2026 | Bloq
  • Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    24-iyn-2026 | Bloq
  • Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    24-iyn-2026 | Bloq
  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech